Cəlilabad icra hakimiyyətindən şəhid məzarına HÖRMƏTSİZLİK

Cəlilabad icra hakimiyyətindən şəhid məzarına HÖRMƏTSİZLİK

Cəlilabad rayonunda şəhid məzarı baxımsızlıqdan inanılmaz vəziyyətə düşüb.
Dəfələrlə qeyd etmişdik ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov Qarabağ uğrunda canından keçən qəhrəman igidlərimizə qarşı qeyri-səmimidir. Əlbətdə ki, qeyd etdiyimiz iradlara qarşı kifayət qədər faktlara əsaslanan məlumat əldə etmişik.  Götürək elə, birinci Qarabağ savaşında qəhrəmancasına şəhid olan əsgər Aslan Əliyevin məzarını. O qədərmi böyük vəsait tələb edir? Əgər doğrudanda rayonun icra başçısı R. Cəlilov şəhid və qazi ailələrini qəbul edir, onların problemlərinin istiiqamətində işlər görürsə, nə üçün şəhid Aslan Əliyevin məzarı bü gün mövzü olmalı idi?
Deməli, ölkə başçısı İlham Əliyev şəhid ailələrini qəbul etdikdə o zaman icra başçılarının yadına həmən problem düşür. Vəziyyət o həddə çatıb ki, şəhidin ailə üzvləri məzarın təmir edilməsi üçün Cəlilabad İcra Hakimiyyətinə müraciət ediblər. Lakin İcra Hakimiyyətindən şəhidin ailə üzüvlərinə müsbət cavab verilməyib. . Onlara deyilib ki, əsgər A.Əliyev 44 günlük Vətən müharibəsində şəhid olsaydı, onun məzarını təmir edərdik.
Bu cavab isə şəhidin ailəsinə mənfi təsir göztərib. Maraqlı məqam ondan ibarətdir ki, İcra Hakimiyyətində şəhidlər arasında fərq qoyan hansı məmurdur?! Qeyd edək ki, Asif Əliyev Cəlilabadın Mikayıllı kəndində anadan olub. Qarabağ döyüşlərində xüsusi qəhrəmanlıqlar göstərib və buna görə hətta ermənilər onun başına pul mükafatı belə qoyublar.
DOSYE.ORG olaraq bir daha bildiririk ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov ona həvalə olunan işin öhtəsindən gələ bilmir və yaxud rayonu şəxsi obiyekt kimi istifadə edir. Xatırladaq ki, hazırda həbsdə olan eks-icra başçısı Namiq Zeynalov da eyni ilə gözdən pərdə asmaqla güya prezidentin etimadını doğruldur. Sonda isə hər şey göz önündədir…
DOSYE.ORG
https://www.youtube.com/watch?v=m-Z_YLbcdO0

COMMENTS