Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

Oktyabrın 24-də Cəlilabad Rayon İcra Hakimiyyətində Cəlilabad RİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.

 

İclasda 2014-cü ilin 9 ayı ərzində Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.İclasa sədrlik edən Cəlilabad Rayonr İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, 2014-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır.“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq doqquz ayda Cəlilabad  rayonunda da iqtisadiyyatın bütün sahələrində irəliləyişlərə nail olunmuş, sosial infrastrukturun yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tikinti-abadlıq işlərinin aparılması sahəsində məqsədyönlü tədbirlər  həyata keçirilmişdir.  Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə islahatların  həyata keçirilməsi nəticəsində taxılçılıq, kartofçuluq, üzümçülük, heyvandarlıq və digər sahələrdə böyük uğur qazanılmış, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi diqqət mərkəzində saxlanılmışdır. Payızlıq əkin üçün 42750 hektar sahədə şum vurulmuş,14760 ton toxum fondu yaradılmışdır.Gəlirli sahələr olan kartof və ciyələk istehsalının artırılması üçün hər cür  şərait yaradılmış,   67700 ton kartof,  2150 ton yüksək keyfiyyətli çiyələk istehsal olunmuşdur. İstehlakçıların təlabatı nəzərə alınaraq rayonda kartof və çiyələk  sahələrinin  genişləndirilməsi üçün ardıcıl  tədbirlər   həyata keçirilir. Rayonda üzüm sahələrinin miqyası genişləndirilmiş, şərabçılığın inkişaf etdirilməsi üçün  tədbirlər görülmüş, bu sahənin əhəmiyyəti barədə əhali arasında maarifləndirmə işləri aparılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində üzüm sahələri 1500 hektara çatdırılmış, 7250 ton üzüm  istehsal olunmuşdur. Üzümçülüyün inkişafında mühüm rol oynayacaq rayon üzümçülük dayaq məntəqsi üçün tikilən inzibati  və  yardımçı binalarda    son tamamlama işləri görülür.Kənd əməkçiləri taxıl, üzüm, kartof və çiyələkdən əlavə  1228 ton tərəvəz, 368 ton bostan, 659 ton günəbaxan, 1381 ton meyvə istehsal etmişlər.Heyvandarlığın inkişafı məqsədilə mal-qaranın cins tərkibi yaxşılaşdırılmış, rayona lizinq yolu ilə 10 baş cins inək gətirilmiş, 1851 baş inək süni mayalandırılmış, mayalandırma yolu ilə 1252 baş bala alınmışdır. Heyvandarlığa göstərilən qayğı nəticəsində şəxsi və fermer təsərrüfatlarında mal-qaranın sayı 99332 başa, qoyun-keçilərin sayı 122607 başa,  quşların sayı isə 766107 başa çatdırılmışdır. Bu müddət ərzində 15472 ton ət,  72800 ton süd   və 26 milyon 913 min ədəd yumurta istehsal edilmişdir.“Aqrolizinq” ASC-nin loqistik gübrə bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün əlverişli şərait yaradılmış,  istehsalçılara güzəştli şərtlərlə 1342 ton azot, 61 ton amofos, 42 ton kalium gübrəsi satılmışdır.  Hazırda gübrə satışı davam edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli 645 nömrəli sərəncamına əsasən rayonun Günəşli kəndində yerləşən “Moskva” dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində iri taxılçılıq təsərrüfatı yaradılmışdır. Bundan əlavə, 3 fiziki və 2 hüquqi şəxsin yaratdığı toxumçuluq təsərrüfatlarının tam gücü ilə fəaliyyətə başlanılması  üçün  bütün zəruri tədbirlər görülmüşdür. Toxumçuliq təsərrüfatlarının yaradılması kənd əməkçilərinin yüksək reproduksiyalı toxumla təmin olunmasında mühüm rol oynayacaq.  Rayonun suvarma sisteminin yaxşılaşdırılması üçün 248,6 min kubmetr kanal lildən təmizlənmiş, 17716 hektar əkin sahəsi  suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda 26 hidrotexniki qurğu, 5 su nasosu, 3 nasos stansiyasının binası, Gülməmmədli kəndində yeni nasos stansiyası, Göytəpə çayı və Cənub Muğan kanalının üstündəki körpülər  təmir olunmuşdur.Əvvəllər olduğu kimi, ötən dövrdə də tikinti-quruculuq işləri davam etdirilmiş, yaşayış məntəqələrinin abadlaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu il dövlət vəsaiti hesabına 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəblərinin tikintisi başa çatmışdır. Hazırda Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkı, mədəniyyət mərkəzi, Muğan kəndində 2 min tonluq soyuducu kamera, İncilli kəndində 180 şagird yerlik məktəb və Cəlilabad şəhər məscidində mərasim evi tikilir.Eyni zamanda Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar və Qarazəncir kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 15 kilometr olan 34 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulur, vətəndaşlara məxsus 500-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilir. Yaxın günlərdə Kövüzbulaq kəndində 360 şagird yerlik yeni məktəbin tikintisinə başlanılacaqdır.Kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət yetirilir.Uzunluğu 74 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun  37 kilometrinə asfalt, 40 kilometrinə isə çınqıl döşənmişdir. Bundan başqa, Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yolunun 11 kilometrinə, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunun 8,2 kilometrinə asfalt vurulmuşdur.  Bundan başqa, Alar-Günəşli dairəvi yeni avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur.Əhalinin su təchizatının yaxşılaşdırılması üçün Cəlilabad şəhərinin 18 küçəsindəki su xətlərində təmir işləri aparılmış və korroziyaya uğramış  borular yenisi ilə əvəz edilmişdir. Eyni zamanda Uzuntəpə və Privolnoye kəndlərindəki 536 metr su xətti təmir olunmuşdur. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “AKKORD” Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində 68167 metr kanalizasiya, 66064 metr  su xətti çəkilmiş, 268  siyirtmə, 2219  su bağlantısı,1660 kanalizasiya lükü, 3772 kanalizasiya birləşməsi və  yanğın zamanı istifadə olunmaqdan ötrü 314 hidrant quraşdırılmışdır. Hazırda Cəlilabad şəhərinidə  su-kanalizasiya sisteminin tikintisi davam etdirilir.Rayon iqtisadiyyatının inkişaf etdirilməsi və tikinti-quruculuq işlərinin genişləndirilməsi yeni iş yerlərinin açılmasına müsbət təsir göstərmişdir.   Doqquz ay ərzində  585 yeni iş yeri açılmışdır ki,  onun da 132-si daimidir. Rayon məşğulluq mərkəzində qeydiyyata alınmış 407 işsizin 251-i daimi işlə təmin olunmuşdur.Sahibkarlığın inkişaf etdirilməsi, pensiya və əmək haqlarının artırılması nəticəsində əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 227,5 milyon manat, pullu xidmət 46,2 milyon manat, məişət xidməti 6,6 milyon manat həcmində olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 3,9 faiz, pullu xudmət 7,4 faiz, əhaliyə göstərilən məişət xidməti 2,3 faiz artmışdır.Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən  13341 nəfər fiziki və hüquqi şəxslərə 40 milyon 751 min manat o, cümlədən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 45 nəfərə 4 milyon 670 min manat məbləğində kredit verilmişdir. Kreditin əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən götürülmüşdür.DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 34,1 milyon manat  və ya ötən ilin eyni dövrünə nisbətən 4,6 milyon manat çox vəsait ödənilmişdir. İşləyən sığortaolunanlara məcburi dövlət sığorta haqları hesabına 53 min manat müavinət verilmişdir ki, bu da keçən ilin eyni dövründəkindən 3,1 min manat çoxdur.Rayon əhalinin  sosial müdafiəsi mərkəzi  1653 ailəyə və ya 7768 nəfərə ünvanlı sosial yardım təyin etmiş, onlara 216 min 818  manat  ünvanlı sosial yardım ödənilmişdir. Ünvanlı sosial yardım üçün müraciət edən 310 ailəyə isə müxtəlif səbəblərdən imtina verilmişdir.  Mərkəz 107 nəfər tənha və kimsəsiz qocalara evlərində sosial-məişət xidməti göstərmiş, 23 nəfəri sanatoriyaya göndərmişdir.Əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü  rayon ərazisində 11,5 kilometr elektrik hava xətləri əsaslı təmir edilmiş, Uzuntəpə kəndində 160/10 kilovoltluq transformator yarımstansiyası qurulmuş, həmin kənddə  688 metr, Əliqasımlı kəndində  isə  250 metr  SİP kabel  çəkilmişdir.  Eyni zamanda Cəlilabad şəhərində və Alar kəndində  83 ədəd birfazlı sayğac, 12 ədəd üçfazlı SMART tipli sayğac, digər ərazilərdə isə 416 ədəd birfazlı sayğac quraşdırılmışdır.Rayon qaz istismar sahəsi tərəfindən Cəlilabad-Uzuntəpə yolunun kənarındakı  320 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara yararsız   3700 pm hissəsi  PE200 mm-lik polietilen borularla əvəz edilmiş,  həmin kəmərdən 23 çıxış verilmişdir. Daşıyıcı qaz kəmərinin çıxışlarının mövcud küçə xətlərinə birləşdirilməsi məqsədilə 89 mm-lik polad boru ilə 1450 pm yeni qaz xətti çəkilmişdir.Bundan əlavə, Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində 108  mm-lik boru ilə 450 pm daşıyıcı xətt, 76 mm-lik boru ilə 2700 pm yeni küçə xətti çəkilmiş, 110 ev qazla təmin olunmuşdur. Göytəpə şəhərində isə  108 mm-lik 1500 pm, 57 mm-lik 5000 pm polad borularla yeni küçə xətti istismara verilmişdir.Rayonda abunəçilərin geniş zolaqlı internetlə təmin olunması üçün Cəlilabad şəhərində  64 portal, Şatırlı kəndində  48 port, Göytəpə  şəhərində, Uzuntəpə, Qarazəncir və Ləkin kəndində 32 port, Hamaraqışlaq, Üçtəpə, Ağdaş, Əliqasımlı, Astanlı və Xanəgah kəndlərində  24 port artırılmışdır.  Həmçinin Sərhadabad kəndində 130, Cəlayır kəndində 120, Hamarqışlaq kəndində  isə 85 metr  rabitə xəttləri təmir edilmişdir.Rayon poçtamtı üzrə tarif gəlirləri proqnozu 161,1 min manat əvəzinə 212,9 min manat (132,9,%) yerinə yetirilmiş, əhaliyə 152,9 əvəzinə 199,8 min manat (130,6%) pullu xidmət göstərilmişdir. Bu müddət ərzində Cəlilabad poçtamının inzibati binası əsaslı təmir edilmiş, bank  xidmətləri göstərilməsi üçün 14 poçt şöbəsində kompüterlər quraşdırılmışdır.Bu il tam orta məktəbləri bitirmiş  məzunların 317-si  ali məktəbə qəbul olunmuşdur ki, onların da 15-i 600-dən çox bal toplamışdır. Sabirabad kənd 1 saylı tam orta məktəbin məzunu Əli Qasımov 680 bal topladığı üçün Azərbaycan Pespublikası  Prezidentinin təqaüdünə layiq görülmüşdür.Şagirdlərə yüksək bilik verilməsində Cəlilabad şəhər 1, 2, 4, 7 və 8 N-li, Göytəpə şəhər  1 və 2 N-li, Sabirabad, Uzuntəpə, Üçtəpə, Ocaqlı, Günəşli və  Alar kənd 1 N-li, Kazımabad və Sərhədabad kənd tam orta məktəbləri xüsusilə fərqlənmişlər.Yeni dərs ilinə hazırlıq prosesində 2255 parta, 628 müəllim stulu, 100 yazı lövhəsi, 81 dəst kompüter, 124 adda 164785 dərslik və 8344 bədii ədəbiyyat gətirilərək məktəblərə paylanmışdır. 2014/2015-ci dərs ili üçün elan olunmuş 165 vakant yer üzrə keçirilən müsabiqənin I turunda 62 müəllimin müvəffəq qiymət alması pedaqoji kadrlara ehtiyacın ödənilməsində mühüm rol oynamışdır.İftixarla qeyd etməliyəm ki, bu təhsil sahəsində qazanılan uğurlara görə Cəlilabad peşə liseyinin direktoru Etibar Sadıqova respublikanın əməkdar müəllimi, qocaman bədən tərbiyəsi və idman müəllimləri Şamil və Habil İsmayılov qardaşlarına əməkdar bədən tərbiyəsi və idman xadimi adları verilmişdir.Lakin  təhsil sahəsində  bir sıra problemlər də  mövcuddur.  Hələ də 55 məktəb  uyğunlaşdırılmış, 37 məktəb isə yararsız  binalarda yerləşir. Məktəblərdən cəmi 15-də su xətti, 11-də isə istilik sistemi mövcuddur.Rayonun səhiyyə işçiləri əhalinin sağlamlığına həmişə mühüm məsələ kimi baxmış, keçən il istifadəyə verilən mərkəzi xəstəxananın imkanlarından səmərəli istifadə etmişlər. Həyata keçirilən tədbirlər nəticəsində doqquz ayda da ana  ölümünə yol verilməmiş, körpə ölümü 3,0, perinatal ölüm isə 2,0 promilli olmuşdur. Müqayisə üçün deyək ki, respublika üzrə körpə ölümü 10,8, perinatal ölüm isə  9,5 promillidir. Rayonda bir sıra infeksion xəstəliklər tamamilə ləğv edilmiş, bir qismi isə minimuma endirilmişdir.Bu müddətdə 35 həkim sertifikat almış, imtiyazlı əhaliyə 370,4 min manatlıq pulsuz dərman və sarğı ləvazimatları verilmişdir.Rayonda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, 2 musiqi məktəbi, 19 mədəniyyət evi, 24 klub, 63 kitabxana, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir. Rayon mədəniyyət və turizm şöbəsi əlamətdar günlərdə və bayramlarda kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir. Sentyabrın 8-də Lerik rayonunda keçirilən  plov festivalında rayonun kulinarları III yeri tutaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.Rayon gənclər və idman idarəsi  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üçün ardıcıl iş aparmış, gənclərin qüvvəsini rayonumuzun  iqtisadi və mədəni inkişafına yönəltmişdir. Doqquz ay ərzində gənclərə və idmana aid 54 tədbir keçirilmiş, həmin tədbirlərə 7253 nəfər qatılmışdır. Bundan əlavə, 2 beynəlxalq turnirdə 6, 79 respublika çempionatında 155, 9 respublika birinciliyində 89, 5 respublika turnirində 121, 7 zona birinciliyində isə 120 idmançımız iştirak etmiş və layiqli yerlər tutmuşlar. Yunan-Roma güləşi üzrə Avropa birinciliyində İbrahim Nurullayevin I, ağırlıqqaldırma üzrə Avropa çempionatında isə Coşqun Ağazadənin II yerə layiq görülməsi rayonumuzun idman həyatında mühüm hadisədir.Həmişə olduğu kimi, doqquz ayda da vətəndaşların müraciətlərinə baxılmasına diqqətlə yanaşılmış, qaldırılan problemlərin həlli üçün zəruri tədbirlər görülmüşdür. Bu müddət ərzində  rayon icra hakimiyyəti başçısının aparatına 976 müraciət daxil olmuşdur ki, onun da 710-u ərizə, 266-sı şikayətdir. Müraciətlərin 420-si Prezidentin Administrasiyasından, 328-i birbaşa vətəndaşlardan, qalanları isə digər təşkilatlardan daxil olmuşdur. Rayon icra hakimiyyətinin başçısı tərəfindən aparatda keçirilən qəbullarda 183, yerlərdə keçirilən səyyar qəbullarda isə 214 nəfər qəbul edilmişdir. Müraciətlərin əksəriyyəti müsbət həll olunmuş və nəticəsi barədə vətəndaşlara rəsmi cavab verilmişdir.İclası yekunlaşdıran Cəlilabad RİH-nin başçısı Əziz Əzizov ötən 9 ayda Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışaraq qeyd etdi ki, görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanlarımızı səfərbər etməliyik. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı eyni zamanda şəhərdə və kəndlərdə səliqə-sahman işlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırdı.Vətəndaşların müraciətlərinə və qəbuluna həssas və operativ yanaşılmasının vacibliyini söyləyən Əziz Əzizov bu sahədə mövcud nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.  İcra başçısı rayonun bütün rəhbər işçilərinin diqqətinə çatdırdı ki, tez-tez əhali arasında olsunlar, vətəndaşların qəbuluna, onların müraciətlərinə həssaslıqla yanaşsınlar.Rəhbərlik etdikləri kollektivlərdə əmək intizamının möhkəmləndirilməsini təmin etsinlər, tələbkarlığı artırsınlar.Oktyabrın 24-də Cəlilabad Rayon İcra Hakimiyyətində Cəlilabad RİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.İclasda 2014-cü ilin 9 ayı ərzində Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.İclasa sədrlik edən Cəlilabad Rayonr İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, 2014-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır.“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq doqquz ayda Cəlilabad  rayonunda da iqtisadiyyatın bütün sahələrində irəliləyişlərə nail olunmuş, sosial infrastrukturun yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tikinti-abadlıq işlərinin aparılması sahəsində məqsədyönlü tədbirlər  həyata keçirilmişdir.  Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə islahatların  həyata keçirilməsi nəticəsində taxılçılıq, kartofçuluq, üzümçülük, heyvandarlıq və digər sahələrdə böyük uğur qazanılmış, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi diqqət mərkəzində saxlanılmışdır. Payızlıq əkin üçün 42750 hektar sahədə şum vurulmuş,14760 ton toxum fondu yaradılmışdır.Gəlirli sahələr olan kartof və ciyələk istehsalının artırılması üçün hər cür  şərait yaradılmış,   67700 ton kartof,  2150 ton yüksək keyfiyyətli çiyələk istehsal olunmuşdur. İstehlakçıların təlabatı nəzərə alınaraq rayonda kartof və çiyələk  sahələrinin  genişləndirilməsi üçün ardıcıl  tədbirlər   həyata keçirilir. Rayonda üzüm sahələrinin miqyası genişləndirilmiş, şərabçılığın inkişaf etdirilməsi üçün  tədbirlər görülmüş, bu sahənin əhəmiyyəti barədə əhali arasında maarifləndirmə işləri aparılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində üzüm sahələri 1500 hektara çatdırılmış, 7250 ton üzüm  istehsal olunmuşdur. Üzümçülüyün inkişafında mühüm rol oynayacaq rayon üzümçülük dayaq məntəqsi üçün tikilən inzibati  və  yardımçı binalarda    son tamamlama işləri görülür.Kənd əməkçiləri taxıl, üzüm, kartof və çiyələkdən əlavə  1228 ton tərəvəz, 368 ton bostan, 659 ton günəbaxan, 1381 ton meyvə istehsal etmişlər.Heyvandarlığın inkişafı məqsədilə mal-qaranın cins tərkibi yaxşılaşdırılmış, rayona lizinq yolu ilə 10 baş cins inək gətirilmiş, 1851 baş inək süni mayalandırılmış, mayalandırma yolu ilə 1252 baş bala alınmışdır. Heyvandarlığa göstərilən qayğı nəticəsində şəxsi və fermer təsərrüfatlarında mal-qaranın sayı 99332 başa, qoyun-keçilərin sayı 122607 başa,  quşların sayı isə 766107 başa çatdırılmışdır. Bu müddət ərzində 15472 ton ət,  72800 ton süd   və 26 milyon 913 min ədəd yumurta istehsal edilmişdir.“Aqrolizinq” ASC-nin loqistik gübrə bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün əlverişli şərait yaradılmış,  istehsalçılara güzəştli şərtlərlə 1342 ton azot, 61 ton amofos, 42 ton kalium gübrəsi satılmışdır.  Hazırda gübrə satışı davam edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli 645 nömrəli sərəncamına əsasən rayonun Günəşli kəndində yerləşən “Moskva” dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində iri taxılçılıq təsərrüfatı yaradılmışdır. Bundan əlavə, 3 fiziki və 2 hüquqi şəxsin yaratdığı toxumçuluq təsərrüfatlarının tam gücü ilə fəaliyyətə başlanılması  üçün  bütün zəruri tədbirlər görülmüşdür. Toxumçuliq təsərrüfatlarının yaradılması kənd əməkçilərinin yüksək reproduksiyalı toxumla təmin olunmasında mühüm rol oynayacaq.  Rayonun suvarma sisteminin yaxşılaşdırılması üçün 248,6 min kubmetr kanal lildən təmizlənmiş, 17716 hektar əkin sahəsi  suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda 26 hidrotexniki qurğu, 5 su nasosu, 3 nasos stansiyasının binası, Gülməmmədli kəndində yeni nasos stansiyası, Göytəpə çayı və Cənub Muğan kanalının üstündəki körpülər  təmir olunmuşdur.Əvvəllər olduğu kimi, ötən dövrdə də tikinti-quruculuq işləri davam etdirilmiş, yaşayış məntəqələrinin abadlaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu il dövlət vəsaiti hesabına 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəblərinin tikintisi başa çatmışdır. Hazırda Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkı, mədəniyyət mərkəzi, Muğan kəndində 2 min tonluq soyuducu kamera, İncilli kəndində 180 şagird yerlik məktəb və Cəlilabad şəhər məscidində mərasim evi tikilir.Eyni zamanda Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar və Qarazəncir kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 15 kilometr olan 34 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulur, vətəndaşlara məxsus 500-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilir. Yaxın günlərdə Kövüzbulaq kəndində 360 şagird yerlik yeni məktəbin tikintisinə başlanılacaqdır.Kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət yetirilir.Uzunluğu 74 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun  37 kilometrinə asfalt, 40 kilometrinə isə çınqıl döşənmişdir. Bundan başqa, Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yolunun 11 kilometrinə, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunun 8,2 kilometrinə asfalt vurulmuşdur.  Bundan başqa, Alar-Günəşli dairəvi yeni avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur.Əhalinin su təchizatının yaxşılaşdırılması üçün Cəlilabad şəhərinin 18 küçəsindəki su xətlərində təmir işləri aparılmış və korroziyaya uğramış  borular yenisi ilə əvəz edilmişdir. Eyni zamanda Uzuntəpə və Privolnoye kəndlərindəki 536 metr su xətti təmir olunmuşdur. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “AKKORD” Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində 68167 metr kanalizasiya, 66064 metr  su xətti çəkilmiş, 268  siyirtmə, 2219  su bağlantısı,1660 kanalizasiya lükü, 3772 kanalizasiya birləşməsi və  yanğın zamanı istifadə olunmaqdan ötrü 314 hidrant quraşdırılmışdır. Hazırda Cəlilabad şəhərinidə  su-kanalizasiya sisteminin tikintisi davam etdirilir.Rayon iqtisadiyyatının inkişaf etdirilməsi və tikinti-quruculuq işlərinin genişləndirilməsi yeni iş yerlərinin açılmasına müsbət təsir göstərmişdir.   Doqquz ay ərzində  585 yeni iş yeri açılmışdır ki,  onun da 132-si daimidir. Rayon məşğulluq mərkəzində qeydiyyata alınmış 407 işsizin 251-i daimi işlə təmin olunmuşdur.Sahibkarlığın inkişaf etdirilməsi, pensiya və əmək haqlarının artırılması nəticəsində əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 227,5 milyon manat, pullu xidmət 46,2 milyon manat, məişət xidməti 6,6 milyon manat həcmində olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 3,9 faiz, pullu xudmət 7,4 faiz, əhaliyə göstərilən məişət xidməti 2,3 faiz artmışdır.Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən  13341 nəfər fiziki və hüquqi şəxslərə 40 milyon 751 min manat o, cümlədən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 45 nəfərə 4 milyon 670 min manat məbləğində kredit verilmişdir. Kreditin əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən götürülmüşdür.DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 34,1 milyon manat  və ya ötən ilin eyni dövrünə nisbətən 4,6 milyon manat çox vəsait ödənilmişdir. İşləyən sığortaolunanlara məcburi dövlət sığorta haqları hesabına 53 min manat müavinət verilmişdir ki, bu da keçən ilin eyni dövründəkindən 3,1 min manat çoxdur.Rayon əhalinin  sosial müdafiəsi mərkəzi  1653 ailəyə və ya 7768 nəfərə ünvanlı sosial yardım təyin etmiş, onlara 216 min 818  manat  ünvanlı sosial yardım ödənilmişdir. Ünvanlı sosial yardım üçün müraciət edən 310 ailəyə isə müxtəlif səbəblərdən imtina verilmişdir.  Mərkəz 107 nəfər tənha və kimsəsiz qocalara evlərində sosial-məişət xidməti göstərmiş, 23 nəfəri sanatoriyaya göndərmişdir.Əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü  rayon ərazisində 11,5 kilometr elektrik hava xətləri əsaslı təmir edilmiş, Uzuntəpə kəndində 160/10 kilovoltluq transformator yarımstansiyası qurulmuş, həmin kənddə  688 metr, Əliqasımlı kəndində  isə  250 metr  SİP kabel  çəkilmişdir.  Eyni zamanda Cəlilabad şəhərində və Alar kəndində  83 ədəd birfazlı sayğac, 12 ədəd üçfazlı SMART tipli sayğac, digər ərazilərdə isə 416 ədəd birfazlı sayğac quraşdırılmışdır.Rayon qaz istismar sahəsi tərəfindən Cəlilabad-Uzuntəpə yolunun kənarındakı  320 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara yararsız   3700 pm hissəsi  PE200 mm-lik polietilen borularla əvəz edilmiş,  həmin kəmərdən 23 çıxış verilmişdir. Daşıyıcı qaz kəmərinin çıxışlarının mövcud küçə xətlərinə birləşdirilməsi məqsədilə 89 mm-lik polad boru ilə 1450 pm yeni qaz xətti çəkilmişdir.Bundan əlavə, Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində 108  mm-lik boru ilə 450 pm daşıyıcı xətt, 76 mm-lik boru ilə 2700 pm yeni küçə xətti çəkilmiş, 110 ev qazla təmin olunmuşdur. Göytəpə şəhərində isə  108 mm-lik 1500 pm, 57 mm-lik 5000 pm polad borularla yeni küçə xətti istismara verilmişdir.Rayonda abunəçilərin geniş zolaqlı internetlə təmin olunması üçün Cəlilabad şəhərində  64 portal, Şatırlı kəndində  48 port, Göytəpə  şəhərində, Uzuntəpə, Qarazəncir və Ləkin kəndində 32 port, Hamaraqışlaq, Üçtəpə, Ağdaş, Əliqasımlı, Astanlı və Xanəgah kəndlərində  24 port artırılmışdır.  Həmçinin Sərhadabad kəndində 130, Cəlayır kəndində 120, Hamarqışlaq kəndində  isə 85 metr  rabitə xəttləri təmir edilmişdir.Rayon poçtamtı üzrə tarif gəlirləri proqnozu 161,1 min manat əvəzinə 212,9 min manat (132,9,%) yerinə yetirilmiş, əhaliyə 152,9 əvəzinə 199,8 min manat (130,6%) pullu xidmət göstərilmişdir. Bu müddət ərzində Cəlilabad poçtamının inzibati binası əsaslı təmir edilmiş, bank  xidmətləri göstərilməsi üçün 14 poçt şöbəsində kompüterlər quraşdırılmışdır.Bu il tam orta məktəbləri bitirmiş  məzunların 317-si  ali məktəbə qəbul olunmuşdur ki, onların da 15-i 600-dən çox bal toplamışdır. Sabirabad kənd 1 saylı tam orta məktəbin məzunu Əli Qasımov 680 bal topladığı üçün Azərbaycan Pespublikası  Prezidentinin təqaüdünə layiq görülmüşdür.Şagirdlərə yüksək bilik verilməsində Cəlilabad şəhər 1, 2, 4, 7 və 8 N-li, Göytəpə şəhər  1 və 2 N-li, Sabirabad, Uzuntəpə, Üçtəpə, Ocaqlı, Günəşli və  Alar kənd 1 N-li, Kazımabad və Sərhədabad kənd tam orta məktəbləri xüsusilə fərqlənmişlər.Yeni dərs ilinə hazırlıq prosesində 2255 parta, 628 müəllim stulu, 100 yazı lövhəsi, 81 dəst kompüter, 124 adda 164785 dərslik və 8344 bədii ədəbiyyat gətirilərək məktəblərə paylanmışdır. 2014/2015-ci dərs ili üçün elan olunmuş 165 vakant yer üzrə keçirilən müsabiqənin I turunda 62 müəllimin müvəffəq qiymət alması pedaqoji kadrlara ehtiyacın ödənilməsində mühüm rol oynamışdır.İftixarla qeyd etməliyəm ki, bu təhsil sahəsində qazanılan uğurlara görə Cəlilabad peşə liseyinin direktoru Etibar Sadıqova respublikanın əməkdar müəllimi, qocaman bədən tərbiyəsi və idman müəllimləri Şamil və Habil İsmayılov qardaşlarına əməkdar bədən tərbiyəsi və idman xadimi adları verilmişdir.Lakin  təhsil sahəsində  bir sıra problemlər də  mövcuddur.  Hələ də 55 məktəb  uyğunlaşdırılmış, 37 məktəb isə yararsız  binalarda yerləşir. Məktəblərdən cəmi 15-də su xətti, 11-də isə istilik sistemi mövcuddur.Rayonun səhiyyə işçiləri əhalinin sağlamlığına həmişə mühüm məsələ kimi baxmış, keçən il istifadəyə verilən mərkəzi xəstəxananın imkanlarından səmərəli istifadə etmişlər. Həyata keçirilən tədbirlər nəticəsində doqquz ayda da ana  ölümünə yol verilməmiş, körpə ölümü 3,0, perinatal ölüm isə 2,0 promilli olmuşdur. Müqayisə üçün deyək ki, respublika üzrə körpə ölümü 10,8, perinatal ölüm isə  9,5 promillidir. Rayonda bir sıra infeksion xəstəliklər tamamilə ləğv edilmiş, bir qismi isə minimuma endirilmişdir.Bu müddətdə 35 həkim sertifikat almış, imtiyazlı əhaliyə 370,4 min manatlıq pulsuz dərman və sarğı ləvazimatları verilmişdir.Rayonda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, 2 musiqi məktəbi, 19 mədəniyyət evi, 24 klub, 63 kitabxana, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir. Rayon mədəniyyət və turizm şöbəsi əlamətdar günlərdə və bayramlarda kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir. Sentyabrın 8-də Lerik rayonunda keçirilən  plov festivalında rayonun kulinarları III yeri tutaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.Rayon gənclər və idman idarəsi  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üçün ardıcıl iş aparmış, gənclərin qüvvəsini rayonumuzun  iqtisadi və mədəni inkişafına yönəltmişdir. Doqquz ay ərzində gənclərə və idmana aid 54 tədbir keçirilmiş, həmin tədbirlərə 7253 nəfər qatılmışdır. Bundan əlavə, 2 beynəlxalq turnirdə 6, 79 respublika çempionatında 155, 9 respublika birinciliyində 89, 5 respublika turnirində 121, 7 zona birinciliyində isə 120 idmançımız iştirak etmiş və layiqli yerlər tutmuşlar. Yunan-Roma güləşi üzrə Avropa birinciliyində İbrahim Nurullayevin I, ağırlıqqaldırma üzrə Avropa çempionatında isə Coşqun Ağazadənin II yerə layiq görülməsi rayonumuzun idman həyatında mühüm hadisədir.Həmişə olduğu kimi, doqquz ayda da vətəndaşların müraciətlərinə baxılmasına diqqətlə yanaşılmış, qaldırılan problemlərin həlli üçün zəruri tədbirlər görülmüşdür. Bu müddət ərzində  rayon icra hakimiyyəti başçısının aparatına 976 müraciət daxil olmuşdur ki, onun da 710-u ərizə, 266-sı şikayətdir. Müraciətlərin 420-si Prezidentin Administrasiyasından, 328-i birbaşa vətəndaşlardan, qalanları isə digər təşkilatlardan daxil olmuşdur. Rayon icra hakimiyyətinin başçısı tərəfindən aparatda keçirilən qəbullarda 183, yerlərdə keçirilən səyyar qəbullarda isə 214 nəfər qəbul edilmişdir. Müraciətlərin əksəriyyəti müsbət həll olunmuş və nəticəsi barədə vətəndaşlara rəsmi cavab verilmişdir.İclası yekunlaşdıran Cəlilabad RİH-nin başçısı Əziz Əzizov ötən 9 ayda Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışaraq qeyd etdi ki, görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanlarımızı səfərbər etməliyik. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı eyni zamanda şəhərdə və kəndlərdə səliqə-sahman işlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırdı.Vətəndaşların müraciətlərinə və qəbuluna həssas və operativ yanaşılmasının vacibliyini söyləyən Əziz Əzizov bu sahədə mövcud nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.  İcra başçısı rayonun bütün rəhbər işçilərinin diqqətinə çatdırdı ki, tez-tez əhali arasında olsunlar, vətəndaşların qəbuluna, onların müraciətlərinə həssaslıqla yanaşsınlar.Rəhbərlik etdikləri kollektivlərdə əmək intizamının möhkəmləndirilməsini təmin etsinlər, tələbkarlığı artırsınlar.

COMMENTS