Aztelekom” İstehsalat Birliyi Cəlilabad Telekommunikasiya Qovşağın 70 yaşlı əməkdaşı ağır bədən xəsarəti alıb.
Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Hadisənin hansı səbəbdən baş verdiyini tam araşdırdıqdan sonra adı hallanan dövlət qurumu ilə əlaqə saxlamağa çalışdıq.
Əfsüslər olsun ki, hadisə ilə bağlı rəhbər şəxslərin münasibətini öyrənə bilmədik. Maraqlısı budur ki, hadisənin necə baş verdiyi məlum olduğu halda, nə üçün rayon rəhbərliyindən gizlədildiyi başa düşülən deyil. Mənbəmizin verdiyi məlumata görə 70 yaşlı rabitə mantyoru Sərhədov Əhmədalı qoruyucudan istifadə etmədən rabitə dirəyindən yıxılaraq ağır bədən xəsarəti alıb. İlkin versiyalara görə iki ayağı qırılıb. Hadisə Cəlilabad rayonu Əliabad kəndində baş verib.
İddialara görə, Cəlilabad Telekomunikasiya Qovşağının rəisi Sakit Şirəliyev ahıl yaşlı Əhmədalı Sərhədovu qoruyucusuz məcburi qaydada rabitə dirəyinə çıxardıb. Yağışlı hava şəraitini nəzərə almayan rəisi, sözünhəqiqi mənasında insan həyatı maraqlandırmır. Əks təqdirdə, nazirlik tərəfindən göndərilən rabitə dirəyləri üçün nəzərdə tutulan qoruyucular istifadə üçün əməkdaşlara verilməlidir. Görünür, qovşağ rəisi dövlət əmlakını pula çevirməkdən ötrü hər şey edir.
Dosye.org saytında yayımlanan məqalələrdə dəfələrlə vurğulamışıq ki, Cəlilabad Telekommunikasiya Qovşağında özbaşınalıq, anarxiya, oğruluq, mənimsəmə və digər neqativ hallar baş verir. Təəsüflər olsun ki, istər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, istərsədə Cəlilabad RİH-də rəhbər şəxslər qeyd etdiyimiz neqativ hallara göz yumur. Sonda baş verən hadisələr insan həyatı üçün olduqca təhlükə mənbəyinə çevrilir.
Yuxarıda qeyd etdiyimiz hadisə üzə çıxmamaq üçün Aztelekom” İstehsalat Birliyi Cəlilabad Telekommunikasiya Qovşağın rəisi Sakit Şirəliyev təcili ağır bədən xəsarəti alan Əhmədalı Sərhədovu elə məhz sərhəd rayonların birində xəstəxənalarda yerləşdirib. Əldə etdiyimiz dəqiq məluçatlara görə, Ə. Sərhədov Biləsuvar Mərkəzi Xəstənada müalicə alır.
Güya, rəis Sakit Şirəliyev bununlada hadisəni ört-basdır etməyə nail oldu. Əksinə, mənbəmiz hal-hazırda Biləsuvar rayonundadır və ağır bədən xəsarəti alan rabitə mantiyoru Əhmədəli Sərhədovun səhəti ilə bağlı araşdırma aparır. Onu da nəzərinizə çatdıraq ki, hər hansı bir hadisə baş verərsə dərhal ictimayətin nəzərinə çatdırılacaq. Buna ən azından kifayət qədər imkanımız var. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…
Dosye.org
P.S. Son məlumatlara inansaq Cəlilabad rayonunda yağışlı hava şəraiti olduğundan Cəlilabad Telekommunikasiya Qovşağının keçmiş rəisi Cəbrayıl Vəliyev yeyib-içməklə başını qatib. Hadisə şahidlərinin verdiyi bilgilərə görə, hətta “yeyib-içən” oğlan kimi ad qazanan C. Vəliyev hadisə yerinə gəlməkdən boyun qaçırıb. Bütün bunlar onu deməyəəsas verir ki, məqalədəadı hallanan hər iki şəxslər barəsində ciddi ölçü götürülməlidir.
COMMENTS