22 noyabr 2014- ci il tarixdə ənənəvi peşə bayramlarını qeyd edən Cəlilabad rayonunun ədliyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirinə Azərbaycan xalqının ümummilli lideri, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etməklə başladılar.
Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və digər təşkilatların nümayəndələri abidə önünə gül dəstələri qoydular, ulu öndərin ruhuna dərin ehtiramlarını bildirdilər.Sonra Heydər Əliyev Mərkəzində bayram tədbiri davam etdi. İcra hakimiyyətinin başçısı Əziz Əzizov ədliyyə işçilərini təbrik etdi, onların uğurlu işlərindən danışdı, sistemdə sağlam mühit yaradıldığını vurğuladı. Qeyd olundu ki, son illərdə Cəlilabadın ədliyyə orqanları böyük uğurlar qazanıblar.Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov diqqətə görə minnətdarlıq edərək bundan sonra da qanunçuluğun keşiyində layiqincə dayanacaqlarını söylədi.Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov və tədbir iştirakçıları da çıxış edərək ədliyyə sistemində çalışan həmkarlarına, məhkəmə heyətinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdılar.
COMMENTS