Cəlilabadda avtomobil 7 yaşlı uşağı vurdu

Cəlilabadda avtomobil 7 yaşlı uşağı vurdu

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS