Redaksiyamıza Cəlilabad rayonu ilə bağlı daha maraqlı məlumat daxil oldu. Məlumatın nə qədər maraqlı olduğunu söyləsək də, bir o qədər biabırçılıqdır desək yanılmarıq.
Belə ki, dünən rayonun Maşlıq və Muğan kəndlərində yaşayan kasib ailələrə bayramla əlaqədar ərzaq göndərilib. Əldə etdiyimiz məlumatlara görə, kasıb ailələrə yardım edən şəxs millət vəkili Malik Həsənovdur. Əlbətdə ki, belə bir gündə sosial durumu ağır olan rayon sakinlərinə yardım etmək, onların vəziyyəti ilə tanış olmaq sözün həqiqi mənasında alqışa layiqdir.
Lakin Muğan kənd icra nümayəndəsi Rəzzaq Isbarov və köməkçisi Mirələm adlı şəxs ərzağı karantin dövründəki kimi yenə öz adamlarına paylayıblar. Məsələn, kəndin ən kaslb qadını, tək yaşayan Badam xala müraciət etsə də, ona ərzaq verilməyib. Ərzağ avtomobili, əli ayağı olan şəxslərə veriblər. Kəndin çox hörmətli icra nümayindəsinə Rəzzaq müəllimin diqqətinə çatdırmaq istəyirik ki, özgə malı ilə dost qazanmaq cılızlıq və acizlikdir.
Xatırladaq ki, bir müddət öncə Cəlilabad RIH keçmiş başçısı, hal-hazırda həbsdə olan Namik Zeynalov adı hallanan icra nümayindəsinə məhz yardım satdığına görə şiddətli töhmət vermişdir. Rayon sakinlərinin verdiyi məlumata görə, R. Isbarov ərzaqdan gələn gəlir hesabına kafedə yeyib-içirmiş. Etirazlara baxmayaraq yardım satan icra nümayindəsi vəziyyətdən peşəkarcasına çıxa bilir.
Ölkə başçısı cənab Ilham Əliyev dəfələrlə xırda məmurlara və onların havadarlarına xəbərdarlıq etsədə, həmən məmurlar sanki “and içmiş” kimi tutduqları yoldan dönməyəcək qədər iradəlidirlər. Nöqsanlar qınaq obiyektinə çevrilsədə hələ də yerli icra orqanlarında özbaşınalıq davam edir. Yardım satmaq, onu mənimsəmək elementar bir nöqsan hesab etdiyimiz halda, bir növ vətəndaşları dövlətdən narazı salan ciddi bir arqument kimi qəbul etməliyik.
Diqqət yetirsək görərik ki, rayonun Maşlıq və Muğan kəndlərində yardımlar sayca az ailələrə verilib. Maşlıq kəndində 10 ailə, Muğan kəndində isə 2 ailə “sevinib”. Millət vəkili Malik Həsənovun 12 kasıb ailəyə yardım edəcəyi inandırıcı görünmür. Çünki, kəndlərdə 2-ci Qarabağ müharibəsi əlilləri və veteranları olduqca çoxluq təşkil edir. Yəni, millət vəkili yardımları satan icra nûmayindəsi qədər dar düşüncəli deyil.
Deməli, fürsətdən istifadə edən R. Isbarov yardımları gizli şəkildə, hansı formada kimə və necə verdiyi tərəfimizdən araşdırılır.
Məsələ ilə bağlı icra nümayindəsi R. Isbarovla telefon əlaqəsi yaratdıq. Iddiaları əsassız adlandıran R. Isbarov bizə siyahını təqdim edəcəyinə söz verdi. Amma…
DOSYE.ORG
COMMENTS