Cəlilabad RİH başçısı Namiq Zeynalovun kadr dəyişikliyi rayonda böyük narazılıqlar yaradıb.
Belə ki, ilk gündən rayonda bütün idarə və müəssisə rəhbərlərini təziyiq altında saxlayan N. Zeynalov artıq arzusuna çatmaq üzrədir. Dosye.org-a daxil olan məlumatlarda göstərilir ki, icra başçısı onunla hesablaşmayan idarə rəhbərlərini “təntənəli” sürətdə yola salır.
Amma etiraf edək ki, kadr dəyişikliyin bizneslə heç bir əlaqəsi yoxdur. Lakin Cəlilabad RİH başçısı Namiq Zeynalov sadaladıqlarımızı cəfəngah hesab edir və vəzifə alverini davam etdirir. Lakin cəlilabadlıların ən böyük arzusu isə problemlərin istiqamətində görüləcək işlərdir. Təbii ki, hazırkı vəziyyət heç də başçını maraqlandırmır. Məlum məsələdir ki, müavin kürsüsü sıradan bir vəzifə deyil.
İlk öncə icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarıldı. Və onun yerinə Cəlilabad rayon Statistika İdarəsinin rəisi Mansur Məmmədov gətirildi. Əldə etdiyimiz məlumatlara görə, Statiska idarəsinə rəhbər gəlmək istəyən şəxs başçının “qanunlarına” tabe olmalıdır. Fərq etməz, muxalifətçi olsun və yaxud fərari. Əsas odur ki, tələb olunan məbləğı ödəyə bilsin. Mənbəmiz daha sonra əlavə edir ki, rayonda bir neçə idarə rəhbərləri də yola salınacaq. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.
Dosye.org
COMMENTS