Cəlilabadda bəzi məmurların özbaşınalıqlarından, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hallarından kifayət qədər tənqidi məqalələr dərc edilib.
Diqqət üçün bildirək ki, əzəldən cəlilabadlılar əkinçiliklə, maldarlıqla əziyyətləri hesabına dolanar, heç bir zaman heç kimdən bir manat belə ummazlar. Çünki, Ulu babalardan qalan adət-ənənə bu gün də Qəhrəman cəlilabadlılar tərəfindən davam etdirilir. İstər müstəqillik dövründən əvvəl, istərsə də müstəqillik dönəmində bütün çətinliklərə sinə gələn rayon sakinləri Vətən müharibəsində də öz cəsarətlərini nümayiş etdilər.
Əfsüslər olsun ki, rayonda bələdiyyə sədrləri və icra nümayindələri zəhmətkeş sakinlərə sanki qənim kəsilib. İmkan baxımından həmən bələdiyyə sədrlərinin mülkləri, bahalı avtomobilləri və obiyektləri heç kimə sirr deyil. Sual yara bilər. Siz hansı əmək haqqı ilə bunları əldə etmisiniz?
Digər tərəfdən narazı qalan kütlənin qarşısına Cəlilabad RİH başçısı Rafiq Cəlilovu çıxarırsınız. Deyirsiniz ki, “biz kimik ki, başçının xəbəri olmadan torpağı sizdən alaq və yaxud sataq?”
Götürək elə rayonun Muğan kənd bələdiyyəsini və icra nümayindəsini. Sizi inandırım ki, kənd sakinlərini Rafiq Cəlilovdan narazı salan ata və oğuldur. Şəxsən Vasif Həsənov və atası Rasif Həsənova mətbuat vasitəsi ilə sual ünvanlayıram. Nə üçün canından keçən oğullarımızı, sadə kənd sakinlərini icra başçısından, dövlətdən narazı salırsınız? Nədir sizin məqsədiniz? Hələ çəkinmədən deyirsiniz ki, rayon rəhbəri nə deyir onu edirik. Doğrudanmı R. Cəlilov sizə göstəriş verir ki, sakinlərin torpaqlarını əlindən alın? Qəti inanmaq mümkün deyil. Siz sadəcə icra başçısının səmimiyətindən, hümanistliyindən istifadə edirsiniz. Bu cür hallar yolverilməzdir…
Əlbətdə ki, belə bir icra başçının zəif nöqtəsindən istifadə edəcəksiz…
Burdan prezidentin səlahiyyətli nümayindəsi çox hörmətli Rafiq Cəlilova müraciət edirik. Cənab başçı, rayonda narazı kütlə yetişdirən bələdiyyə sədrləri yenidən fəallaşıb. Doğrudur, bələdiyyələr müstəqil formada fəaliyyətlərini davam etməlidir. Lakin bəzi sədrlər “müstəqil” adı altında zəhmətkeş sakinləri sizinlə üz-üzə qoyur. Necə, hansı formada, yuxarıda qeyd etmişik.
Cəlilabad rayon Muğan kənd bələdiyyəsi və icra nümayəndəliyi bacanaq olan Həsənovların nəzarətindədir. Bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov uzun illər Muğan bələdiyyəsinin sədri və Muğan kənd icra nümayəndəsi işləyib. 2013-cü ildə R.Həsənov bələdiyyədə işlədiyi müddətdə 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq mənimsədiyi üçün ona Baş prokurorluq tərəfindən cinayət işi açılıb. Bu linkə tıklamaqla tanış ola bilərsiniz: (https://genprosecutor.gov.az/az/post/1117 ). 2021-ci ildə Rasif Həsənov tərəfindən özünə 2240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6331 manat məbləğində bələdiyyə büdcəsində ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilmişdir. Baş Prokurorluq tərəfindən ona ikinci dəfə cinayət işi açılıb. Bu linkə tıklamaqla tanış ola bilərsiniz: (https://genprosecutor.gov.az/az/post/4332 ). Amma hansısa sehirli əllər Rasif Həsənovu bu cinayət işindən xilas edə bilib. Təsəvvür edin ki, indi bu şəxsin oğlu Vasif Həsənov Muğan bələdiyyəsinin sədridir.
DOSYE.ORG
COMMENTS