Fevralın 13-də Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəb-liseydə Fərid Əhmədovun doğum günü ilə əlaqədar anım mərasimi keçirildi.
Mərasimdə Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva, aparat işçiləri, təhsil, mədəniyyət və gənclər təşkilatının nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.Tədbir iştirakçıları ilk öncə məktəbin həyətində Şəhidlərimiz Fərid Əhmədov və Əhməd Abdullayevin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri DürdanəƏliyeva Şəhid Fərid Əhmədovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışdı. Qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub.İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.Fəriddə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.D.Əliyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən baş leytenant Fərid Güloğlan oğlu Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.Ölkə Prezidenti tərəfindən Fəridin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Fərid ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Fərid Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Fərid qəhrəmanlığından örnək alır, nümunə götürür.Tədbirdə çıxış edənlərdə Şəhid Fərid Əhmədovun qəhrəmanlığından söz açdılar.Qeyd olunmuşdur ki, 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda doğulmuş F.Əhmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu idi. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə – döyüş bölgəsinə təyinat almış, nümunəvi xidmətinə görə qısa bir zamanda baş leytenant rütbəsinə yüksəlmiş, kəşfiyyat bölüyünün komandiri təyin edilmişdi. Cəsur döyüşçü 2010-cu il sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində – Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdur.
COMMENTS