Top.Mail.Ru

Cəlilabadda “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyev icra başçısını güdazə verəcək- İDDİA

Cəlilabadda “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyev icra başçısını güdazə verəcək- İDDİA

Ötən yazılarımızda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyevlə bağlı tutarlı məlumatlar oxucularımızın diqqətinə çatdırmışdıq.

Qeyd edək ki, hazırkı şöbə rəisi “şantajçı polkovnik-leytenant” ləqəbli Nizami Nəbiyevdir. Bu şəxs haqqında kifayət qədər bilgilərə malik olan aidiyyəti qurumlar, sanki qəflət yuxusundan ayılmaq belə düşünmürlər. Dosye.org-a məlumat verən rayon sakinləri bildirirlər ki, qəhrəmanlar ocağı sayılan və Qarabağ döyüşlərində fədakarlıq göstərən Cəlilabadlıların övladları, “şantajçı polkovnik-leytenant” N. Nəbiyev tərəfindən saxta yollarla həqiqi hərbi xidmətdən yayındırılır. Bir daha xatırladaq ki, ölkəmizin müharibə şəraitində yaşadığını nəzərə almayan və ölkə başçısı İlham Əliyevin “rüşvət gündəlikdən silinməlidir” göstərişinə məhəl qoymayan şöbə rəisi kimə və kimlərə arxalanır?

Əslində, vətənpərvərlikdən ağız dolusu ilə danışan N. Nəbiyev gənclərə örnək olmalı və onlara hazırkı vəziyyət barədə məlumat verməlidir. Eyni zamanda gənclərimizin diqqətində çatdırmalıdır ki, mənfur qonşularımız tərəfindən torpaqlarımız işğal olub, neçə-neçə analarımızın gözü yaşlı qalıb. Bu məqsədlə birləşməli, düşmənlərdən torpaqlarımızı azad etməliyik. Lakin , “şantajçı polkovnik-leytenant” N. Nəbiyev gənclərin valideyinlərinə övladlarını döyüş bölgəsinə göndərəcəyini və qışın oğlan çağında acınacaqlı günlərin yaşayacağını söyləyir. Bu minvalla bəzi rayon sakinlərindən yüksək məbləğdə rüşvət alır, övladlarını göndərişlə həkim komissiyasından keçirir. Sual yaranır. Əgər Ali Baş Komandan İlham Əliyev müharibə yoli ilə torpaqlarımızı azad etmək əmri verərsə, hansı gənclərlə ayağa qalxıb torpaqlarımızı azad edərik?

Təbii ki, “şantajçı polkovnik-leytenant” N. Nəbiyevi düşündürən tək onun şəxsi mənafeyidir. Özünün “icra başçısı və rəhbərlik ilə bütün hallarda anlaşmışıq” söyləyən şöbə rəisi, bir növ çirkab yola vadar edənləri hədəfə gətirdi.

Maraqlı məqam ondan ibarətdir ki, Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev bu gündə rüşvətlə gənclərimizi həqiqi hərbi xidmətdən yayındırır. Şöbə rəisinin törətdiyi əməllər əməkdaşlarımız tərəfindən araşdırılır. Siyahı redaksiyamıza təqdim olunduqdan sonra birbaşa Hərbi Prokurorluğa və digər qurumlara ünvanlanacaq. Araşdırmalarımız davam edir..

DOSYE.ORG

COMMENTS