Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin olunması ilə bağlı təkliflər səsləndirilmiş və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar verilmişdir.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd edilir. İyunun 1-də Cəlilabad şəhərindəki Tut bağı istirahət mərkəzində da gül-çiçəklə bəzədilmiş, bayram libasına bürünmüşdü. Bayram şənliyinə toplaşan uşaqların sevinclərinin həddi-hüdudu yox idi.

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov uşaqların beynəlxalq müdafiəsi günü haqqında bayram şənliyi iştirakçılarına ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsindən, uşaq problemlərinə diqqətin artırılmasından, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı danışmışdır.

Sonra uşaq yaradıcılıq mərkəzinin bədii kollektivləri və uşaq bağçlarının şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.Tədbir bayram konserti ilə davam etmişdir.

COMMENTS