Nə yaxşı ki, adi bir insanın, bütöv bir xalqın taleyini öz talehi bilən qüdrətinə, qüvvətinə söykəndiyimiz İlham Əliyev kimi qeyri-adi məfkurəyə malik prezidentimiz var.
Məhz onun yorulmaz fəaliyyəti, qətiyyəti və əzmkarlığı sayəsində Azərbaycan-Ümumi daxili məhsulun həcminə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilib. Ölkə vətəndaşlarının həyat səviyyəsi yüksəlib, firavan, asudə və təhlükəsiz şəraitdə yaşamaq, demokratik dəyərlərdən istifadə etmək imkanları güclənib.
Mübaliğəsiz demək olar ki, Azərbaycan dünyanın ən demokratik və azad ölkələrindən biridir. Sevinc,qürur, hiss və həyacanından qurtara bilmədiyimiz 1-ci Avropa Oyunları da əslində ölkəmizdəki demokratiyanın, sosial-iqtisadi, maddi-mənəvi gücün təntənəsiydi.
Bu məqamda cənab Prezidentin uğurlu kadr siyasətini qeyd etmək yerinə düşər. Çünki cənab Prezidentin hər bir kadr təyinatı bilavasitə ölkə vətəndaşlarının azad və demokratik, ağıllı və savadlı, imkanlı və varlı yaşamasına yönələn strategiyasına əsaslanır.
Cəlilabadlıların güvəndiyi icra başçısı
Məni qınamayın, fani dünyanın müvəqqəti akkordlarını dinləməkdə və dinlətməkdə mahir olan insanlar tutduqları mövqe və şöhrətlərindən asılı olmayaraq xalq mənafeyini uca tuturlar. Hansısa vəzifə postunu tutmaq sədəqə deyil, ictimai təkandı, sıçrayışdı.
Bu qələbəni öz məharətin və şəxsi ləyaqətinlə qazanırsansa, qəlblərdə yaşayacaq şəxsiyyətə çevrilirsən. Nə qədər ki, yerlə Göyün arasındakı həyat adlı səltənət mövcuddur, Günəş adlı qüdsiyyətə söykənəcək.
Bu qüdsiyyət nuru ilə paklananlar dünyamızın ən müqəddəs varlıqlarıdı. Belə varlıq taxt-tacını fəth edənlərdən biri də , 2006-cı ilin avqust ayından Cəliabad rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş Əziz İmran oğlu Əzizovdur. Əziz müəllim möhtərəm Prezidentimiz İlham Əliyevin ən uğurlu kadrlarındandır desək, yanılmarıq.
Həddindən artıq həssas, zəifləri müdafiə etmək “start”ında dayanan bu insanın “dava-dalaşda” məğlubiyyəti də olub, qələbəsi də. Amma heç zaman qolugüclüyə imkan verməyib ki, özündən zəiflərə zərbə endirsin. Hətta haqsız yerə endirilən zərbələrə sinəsini sipər etməkdən də çəkinməyib.
O, bundan mənəvi rahatlıq, qeyri-adi dinclik duyub. Fitri əməksevərliyi, ağır gündə dözümlülüyü, mətinliyi, mübarizlik keyfiyyətləri onu dahada mübariz edib. O, həm tutduğu vəzifəsinə, həm yoldaşlıq münasibətlərinə, həm insanlara müstəsina və sonsuz qayğıkeşliyinə görə həmişə fərqlənib.
Hətta emosiyalara məruz qalanda da hərəkətlərinin obyektiv və ya subyektiv məna daşıdığını anlamamış, heç bir addım atmayıb. Çünki bizim tanıdığımız Əziz müəllimin vərdiş etdiyi, gücünün çatdığı ən asan və ürəyini açan işi yaxşılıq etmək, əl tutmaqdır. Bir sözlə, bu insan maddi-mənəvi imkanlarını heç kəsdən əsirgəməyən xeyirxah və alicənab vəzifə sahibidir.
Baxmayaraq, ədalətli, haqsevər insanların düşməni dostundan çox olur. Səbəb isə çox sadədir. Cəmiyyətdə mövqe sahibi ola bilməyən istedadsızlar, iş bacarmayanlar xaraktercə paxıl və xəbis olduqlarından hər vəchlə ağı qara kimi görür, obyektiv düşüncəyə malik ola bilmirlər.
Söz yox ki, belə qeyri-obyektiv mülahizələr onu qətiyyən narahat etmir, ruhdan salmır, əksinə, daha böyük əzmkarlıqla, səylə Prezidentin tapşırıq və göstərişlərini həyata keçirir, Cəlilabadın abadlaşması, əhalisinin firavan yaşaması üçün gecə-gündüz çalışır. O, cəlilabadlılara, bütün cəlilabadlılarsa ona güvənir, etibar edir və prezidentə təşəkkürlərini bildirirlər.
Gizlətmək nəyə lazım? Əziz müəllim Cəlilabada gələnə qədər vəziyyət ürəkaçan deyildi. Lakin cənab Əzizovun işlədiyi az müddət ərzində bütün inciklikləri aradan qaldırdı, insanların etibarını qazanmaqla inamlarını bərpa etdi. İş otağına, yaşadığı evə pənah aparmış, küçədə rastlaşdığı imkansız və kasıb insanları əliboş qaytarmadı.
“Dil bilməz”, “söz bilməz” adamların minnət dolu ürəkləri yalnız dörd divar arasında dualarla, alqışlarla boşaldı. Çoxları xalq içində, mətbuatda çıxış edib onun xeyriyəçiliyini, haqsevərliyini təbliğ etmək istəsə də , Əziz müəllim özü buna imkan vermədi. Çünki o, “əsl xeyixah elədiyi yaxşılığa muzd almaz” fəlsəfəsindən bəhrələnmişdir desək yanılmarıq.
Bir də ki, bütün hallarda xeyirxahlıq – ALLAH məqamında sevilə biləcək, mükafat mərtəbəsidir. O mükafatı ancaq tanrıya tapına biləcək bəndələr, vəzifəsindən və məqamından aslı olmayan seçilmişlərı ala bilir. Əziz müəllimdə belə insanlardadı.
Rayonda gənclərin və ağsaqqalların sevgisin qazanmış rayon rəhbəri haqda çox danışmaq olar. Amma rayon ağsaqqallarının dediyi bu sözü işlətmək yerinə düşər. “Nə yaxşı ki, biz Cəliabadlıların böyük potensiala, ideal məfkurəyə sahib Əziz Əzizov kimi xeyirxah və qayğıkeş rəhbəri var. Biz bunun üçün prezidentimiz İlham Əliyevə minnətdarıq”.
Hüsaməddin Əhmədov
İdeologiya.az
COMMENTS