Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon sakini su kanalında boğularaq ölüb.
Hadisə martın 6-da Cəlilabad rayonunun Uzantəpə kəndində qeydə alınıb.
Kənd sakini 1984-cü il təvəllüdlü Fəqan Həsənov su kanalına düşərək boğulub. Onun meyiti sudan çıxarılıb.
Araşdırmalar zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS