Türkiyədə 21 yaşlı Seda Nur Çalışkan arıqlamaq istəyərkən qaraciyərindən olub. Köklüyü ilə bağlı kompleks yaşayan gənc qız internetdə məşhurlar tərəfindən reklam olunan paket çayı sifariş edib.
45 paket çaydan cəmi 15-ni istifadə edən qız qaraciyərini məhv edib.
Onun dediyinə görə, çayların dadı çox pis idi. Cəmi 15 çay paketindən istifadə edəndən sonra, ürəkbulanma, qaşıntılar , sarılığı olub.
Həkimə müraciət edən qızın vəziyyəti kritik olub.
Ailəsinə qızın öləcəyi ilə bağlı məlumat verilib. Son anda ona qaraciyər nəql olunub və qız həyatda qalıb.
Qız bildirib ki, heç kim məşhurların reklam etdiyi şeylərə aldanmasın. Onlar reklamı sadəcə pul qarşılığında edirlər.atv.az
COMMENTS