“Haqq-ədalət heç bir zaman üzülməz” haqqı tapdalanan insanlara doğma olan ən böyük şuar məhz budur….
Bu gün Şirvan Apelasiya məhkəməsində bir qrup Saatlı rayon Azadkənd sakinlərinin məhkəmə hakimi İlham Əsədovun dəvəti ilə görüş keçirilib. Ən maraqlı məqam ondan ibarətdir ki, məhkəmənin dəvətini Saatlı Rayon İcra və Probasiya şöbəsinin rəisi Araz Hüseynov geri çevirib.
DOSYE.ORG-a məlumat verən kənd sakinlərinin bildirdiyinə görə, hakim baş verən hadisə ilə bağlı bildirib ki, bu günə qədər məhkəmənin qərarı icra olunmayıbsa, deməli şöbə rəisi qanunlara məhəl qoymur və hətta Ali Məhkəmənin qərarını icra etməkdən boyun qaçırır.
Təbii ki, yenidən Ədliyyə Nazirliyinə rəsmi müraciət olunacağı məlumdur. Lakin məmur özbaşınalığı və digər qanunsuzluqlar dövlət-vətəndaş münasibətinə kölgə salmaqla, bir növ kimlərinsə əlinə su tökmək kimi hesablanır.
Əgər dövlət məmuru dövlətin qanunlarını icra etmirsə, vəzifə səlahiyyətindən sui-istifadə edirsə, əlbətdə ki, qanunlar heç bir zaman saya alınmayacaq.
Bir daha xatırladaq ki, Saatlı rayon Azadkənd sakinləri örüş torpaq sahələrinin muxtəlif insanlara icarəyə verilməsinə etiraz olaraq məhkəməyə müraciət ediblər. Ədalətli məhkəmə narazı sakinlərin haqlı səsinə səs verərək, icarəyə verilən örüş sahələrini geri qaytarılmasını, eyni zaman da qərarın icra olunması üçün göstəriş verib. Əfsüslər olsun ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov məhkəmənin qərarını deyil, başçının ikinci müavini Gündüz Səmədli və Azadkənd bələdiyyə sədri Fuad Rəhimovun göstərişlərini icra edir. Kimdir Gündüz Səmədli?
Adı hallanan ikinci müavin rayonda ancaq şəxsi maraqlarını güdməklə məşğuldur. Vətəndaş nə üçün dövlət məmurundan məhkəmə orqanlarına şikayət etməlidir? Deməli, həmən məmur sakinlərin hüquqlarını kobud şəkildə pozur və bununlada özünü rayonda söz sahibi kimi qələmə verməyə çalışır.
DOSYE.ORG olaraq Saatlı RİH başçısı Elmir Bağırovun diqqətinə bir daha çatdırmaq istəyirik ki, rəhbər olduğunuz rayonda sakinləri üz-üzə qoymaq, dövlətdən narazı salmaq və digər xoşagəlməz olaylarla bağlı araşdırma aparılmalıdır. Ölkə başçısı cənab İlham Əliyev rayonlara özünün səlahiyyətli nümayəndələrini təyin edəndə ilk tapşırığı sakinlərə nümunəvi xidmət göstərmək, rüşvətxorluğa yol verməmək, məmur fironluğuna qarşı mübarizə aparmaq və dövlət siyasətini ən yüksək şəkildə təbliğ etməyi tövsiyə edir. İnanırıq ki, E. Bağırov Saatlı rayonunda yaranan ciddi problemlər aradan qaldırılacaq və dövlət başçısının etimadını doğruldacaqdır. Mövzüya yenidən qayıdacayıq.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Elman Nigaran
COMMENTS