Top.Mail.Ru

“Cənab prezident, tarix yazan ordunun əsgəri olmaq istəyirəm”- MÜRACİƏT

“Cənab prezident, tarix yazan ordunun əsgəri olmaq istəyirəm”- MÜRACİƏT

Dosye.org informasiya agentliyinin baş direktoru, 1-ci Qarabağ müharibəsi iştirakçısı Elman Qənbərov tərəfindən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət olundu. Müraciətdə deyilir:

Cənab Ali Baş Komandan!

İlik öncə apardığınız daxili və xarici siyasətinizə görə Azərbaycan vətəndaşı olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bütün çətinliklərə sinə gəlməklə bir daha xalqın sevimli lideri olduğunuzu Türk dünyasına nümayiş etdiniz. Belə bir məqamda xalqın iradəsinə arxalanaraq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində böyük uğurlar əldə etdiniz. Ulu Tanrı sizi qorusun….

Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni biz icra edə bilərik.

Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir sözlə, rəşadətli Azərbaycan Ordusu tarix yazır.

Cənab Ali Baş Komandan!

Hələ 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə səfərbərlik elan etdi. Xalqın mərdə, qəhrəman övladları könüllü vətənin müdafiəsinə qalxdı. Həmən ildə mənin 17 yaşım tamam olmamışdı. Dəfələrlə Hərbi Komisarlığa müraciət etsəmdə, mən azyaşlı olduğum üçün geri qaytarılırdım. Çünki, özümü səngərdə görürdüm. Nəhayət mərhum Heydər Əliyevin göstərişindən sonra mən könüllülər sirasına qoşuldum. Ağdamın Güllücə kəndi, Füzulinin Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak etdim. Düşmənə sarsıdıcı zərbələr vurduq.

Cənab Ali Baş Komandan!

Vətən müharibəsi başlandığı gündən xalqımızın həmrəyliyi olduqca qürurvericidir. Sizə müraciət etməkdə məqsədim odur ki, mən də Sizin komandanlığınız altında xain erməni ordusuna qarşı döyüşmək istəyirəm. İnanıram ki, mənim müraciətimi nəzərə alıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göstəriş verəcəksiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm. QARABAĞ AZƏRBAYCANDIR!

Hörmətlə, Elman Qənbərov

COMMENTS