Cəlilabad təhsilində ŞOK OLAY: Məktəb direktorları qəbirstanlıqda aylıq verir

Cəlilabad təhsilində ŞOK OLAY: Məktəb direktorları qəbirstanlıqda aylıq verir

Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovanın qanunazidd əməlləri bitib tükənmək bilmir.

Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, Q. Əhmədova rayon təhsilini öz şəxsi obiyekti kimi idarə edir.  Tam məlum oldu ki, istər rayon rəhbərliyini, istərsədə Təhsil Nazirliyini belə bir maraqlı və cəlbedici variantlar qane edir. Mənbəmiz daha sonra əlavə edir ki, Q. Əhmədova hətta pandemiya dövründə məktəb direktorlarından pul yığılmaması haqqında ciddi göstıriş alsa belə öz sürücü vasitəsi ilə gah “Tut bağında “,  gah da “Qəbristanlıqda”  rüşvət toplayıb.

Rayonda elə bir məktəb yoxdur ki,  direktora aylıq verməsin ,  “ölü can “ olan texniki işçilərinin məvacib kartı RTŞ müdirinin əlində olmasın.  Bu məktəblərin içərisində rüşvət almayan  və verməyən yeganə məktəb direktoru Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru  Zaur Ələkbərov idi ki, ona da Qərənfil  Əhmədova işləməyə imkan vermədi. Təhsil  Nazirliyindəki  havadarları vasitəsi ilə  Zaur Əlkəbərovun müddətli əmək müqaviləsinə xitam verdirmişdi.

1500 nəfərdən çox Göytəpə şəhər sakininin nazirliyə müraciət edərək Zaur Ələkbərovla yenidən müqavilə bağlanılması istənilsədə,  güman edilir ki, Qərənfil Əhmədova  buna imkan vermir. Təhsil Naziri cənab Emin Əmrullayevin bir daha diqqətinə çatdırmaq istəyirik ki, orta məktəb direktorları çıxılmaz durumdadır. Onlara rüşvətsiz işləməyə imkan verilmir. Guman edirik ki, məsələ  Təhsil Nazirliyi tərəfindən araşdırılacaq və təhsilimizə xələl gətirən şəxslər öz layiqli cəzalarını alacaqdır. Mövzü diqqətimizdədir…

DOSYE.ORG

P.S. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mövqeyini dinləməyə çalışdıq. Nazirlikdən əməkdaşımıza bildirildi ki, Cəlilabad rayon təhsili ilə bağlı dosye.org saytında gedən hər bir tənqidi məqala araşdırılır. 

Cəlilabad Təhsil Şöbə müdiri Qərənfil Əhmədova (Səs yazısı) - YouTube

COMMENTS