Cəlilabadda Dövlət Bayrağı günü qeyd edilib

Cəlilabadda Dövlət Bayrağı günü qeyd edilib

cel.jpg

Cəlilabad rayonunda Dövlət Bayrağı gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular.Sonra iştirakçlar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə çıxış edən RİH-nin başçısı Əziz Əzizov ilk növbədə tədbir iştirakçılarını əlamətdar bayram münasibəti ilə təbrik etmişdir.Natiq Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının yaranması tarixindən danışıb. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdır. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanmışdır. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Əziz Əzizov bildirmişdir ki, cənab Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Tarix sübut etdi ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılıb. Xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələnib yaranan üçrəngli bayrağımız 70 ildən sonra yenidən göylərə yüksəldi, başımızın üstündə daha əzəmətlə dalğalandı. Sonra Rayon rəhbərliyi, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin nümayəndələri, veteranlar və gənclər rayon Bayraq Meydanına gələrək müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Azərbaycan bayrağını qürur və sevinc hissləri ilə seyr etmişlər. 31 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev Cəlilabad Rayon Bayraq Meydanının açılışında iştirak etmişdir.Bayraq Meydanı şəhərin ən yüksək yerində 700 kvadratmetr olan ərazidə uçaldılmışdır.Bayraq dirəyinin hündürlüyü 50 metr,bayrağın eni 10 metr,uzunluğu 20 metrdir.

COMMENTS