Cəlilabadda: Hasarlanmış örüş sahəsi sakinlərə qaytarılır

Cəlilabadda: Hasarlanmış örüş sahəsi sakinlərə qaytarılır

Cəlilabad rayon Qarağac kəndindən olan bir qrup sakin tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktubunda qaldırılmış problemlər əməkdaşlarımız tərəfindən araşdırıldıqdan sonra məsələyə aydınlıq gətirilmişdir.

Belə ki, Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəsi Mədət Nəzərli (30 ildən artıqdır ki, bu vəzifədə çalışır) Qarağac kəndinə aid olan örüş sahəsini qanunsuz olaraq satmışdır. Daxil olan məlumatla bağlı adı hallanan icra nümayəndəsi ilə telefon əlaqəsi yaratdıq. Qarşı tərəf bütün iddiaları qəbul etməmiş və ona qarşı kampaniya aparıldığını bildirmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən sorğuya verilən cavaba əsasən hasarlanmış həmən ərazi təcili sürətdə sökülməlidir. Görünən tərəf odur ki, icra nümayəndəsi Mədət Nəzərli vəzifə səlahiyyətindən sui-istifadə edərək örüş ərazisini ayrı-ayrı vətəndaşlara satıb. Vətəndaşlar daha sonra iddia edirlər ki, icra nümayəndəsinin müavini öz qızını Bələdiyyə sədri “təyin” etmişdir. Amma bu günə kimi bələdiyyə sədri işini icra etmir. Bu barədə daha ətraflı növbəti yazılarımızda qeyd edəcəyik.

Araşdırmalarımız davam edir…

DOSYE.ORG

COMMENTS