Cəlilabadda kəskin istilər həkimləri narahat edir

Dosye.org-ın məlumatına görə, Cəlilabad rayonunda avqust ayının sonları olmasına baxmayaraq kəskin istilər hələ də davam edir.

 

Anomal istilərin keçməsi əksər bölgələrdə olduğu kimi Cəlilabad rayonunda da Təcili Tibbi Yardım Stansiyasının həkilərini hərəkətə keçirib.

 

Əvvəlki günlərlə müqayisədə son vaxtlar stansiyaya müraciət edənlərin sayı xeyli artıb. Stansiyaya daha çox tarlada açıq havada işləyənər və isti havalarda toy-mağarlarda qida rasionundan zəhərlənən vətəndaşlar müraciət edir.

 

Son 10 gündə Təcili Tibbi Yardım Stansiyasına 300 nəfərə yaxın vətəndaş müraciət edib. Stansiyanın baş həkimi Tərlan Balışovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, müraciət edənlər arasında günvurma və zəhərlənmə ilə daxil olanlar üstünlük təşkil edib.

 

“Bununla yanaşı, stansiyaya digər xəstəliklərdən də əziyyət çəkən vətəndaşlar da müraciət edirlər. Avqust ayına xarakterik olmayan belə kəskin istilər bir neçə gün də davam edərsə, günvurma və zəhərlənmədən müraciət edənlərin sayı arta bilər”, — deyə Tərlan Balışov bildirib.

COMMENTS