Cəlilabadda onlara xəbərdarlıq edildi – Foto

Cəlilabadda onlara xəbərdarlıq edildi – Foto

Ölkəmizdə koronaviris infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Cəlilabad rayonunda da davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasına dair qadağaları nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar.

Yaşlı nəslin nümayəndələrinə izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu qəbildən olan insanlarla maarifləndirmə söhbətləri aparılaraq müəyyən olunmuş müddətdə evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

DOSYE.ORG

COMMENTS