Cəlilabadda qadın qaynı tərəfindən bıçaqlanıb

Cəlilabadda qadın qaynı tərəfindən bıçaqlanıb

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, şəhərin H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal “təcili yardım” maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib.

Məlumata görə, onu qaynı bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

COMMENTS