Cəlilabadın keçmiş icra işçisinin daha bir əməli ortaya çıxdı

Cəlilabadın keçmiş icra işçisinin daha bir əməli ortaya çıxdı

Cəlilabad rayon icra hakimiyyətinin Şiləvəngə kənd inzibati ərazisi üzrə nümayəndəsinin daha bir qanunsuzluq əməli ortaya çıxıb.

Belə ki , bu yaxınlarda Şiləvəngə kənd inzibati dairəsi üzrə nümayəndəsi DTX tərəfindən əməli ifşa olunan Şirəliyev Bağır Məmmədhüseyn oğlu əhaliyə paylanan ərzaq yardımını mənimsədiyi üçün həbs edilib. Cəlilabad rayon Şiləvəngə inzibati ərazi nümayəndəsi Bağır Şirəliyev bir neçə gün öncə əhaliyə paylanması üçün nəzərdə tutulmuş ərzaq yardımını əksər hissəsini mənimsədiyi məlum olub.İcra nümayəndəsi yardımın cuzi hissəsini yaxın qohumlarına verməklə adiyyatı qurumlara prosesin tam başa çatdığını bildirib.Lakin imkansız ailələrin yardımı almamaları ilə bağlı şikayətindən sonra adiyyatı dövlət qurumları inzibati ərazi nümayəndəliyinə daxil olan Adnalı, Şiləvəngə və Abışabad kəndində apardıqları yoxlamalar zamanı B.Şirəliyevin ayrılmış yardımın əksər hissəsini imkansız ailələrə çatdırmadığı məlum olub.Mediada verilən xəbərlərə görə mənimsədiyi ərzaq məhsulları yaşadığı evdən maddi sübut kimi götürülüb.

“Sonxebertv.info” xəbər verir ki, bu hadisədən sonra Bağır Şirəliyevin daha bir əməli, 2019-cu ilin dekabr ayında törətdiyi avtoqəzada həyat yoldaşı 3 uşaq anası 1975-ci il təvəllüdlü  Xuraman Şirəliyevin öldüyü üzə çıxmışdır.Belə ki, Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşmışdı.Bu barədə mediayada ətraflı məlumatlar yazılmışdı. Lakin icra başçısının göstərişi ilə işin xitam edilməsi ilə bağlı ölən qadının guya sükan arxasında olması sənədləşdirilmişdir.

Cəlilabad rayon icra başçısı Namiq Zeynalova arxalanan keçmiş Şiləvəngə inzibati ərazi nümayəndəsi Bağır Şirəliyev baş verən son olaydan, DTX əməliyyatından da yayındığı bildirilir. Belə ki, Bağır Şirəliyevin atası Məmmədhüseyn Şirəliyevin deyir ki, “Namiq Zeynalov sağolsun, məsələni həll etdi”.

Maraqlıdır ki, görülən tədbirlər, cənab prezidentimiz İlham Əliyevin verdiyi göstərişlərdən kim sui-istifadə edir ?

Qarşı tərəfin də cavabını işıqlandırmağa hazırıq.

DOSYE.ORG

COMMENTS