Cəmil Həsənli sərbəxt buraxıldı, Əli Kərimli isə…

Dünən günorta saatlarında Şəhidlər Xiyabanında qeyri-qanuni aksiya keçirməyə cəhd göstərmiş şəxslərdən 41-i izahatları alındıqdan sonra sərbəst buraxılıb.

Dosye.org xəbər verir ki, 17 noyabr tarixində saat 15-00 radələrində 60-70 nəfər AXCP üzvü, başda AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli olmaqla Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanının qarşısında polislə qarşıdurma yaradıb. Nəticədə 52 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb. Həmin şəxslərdən 41 nəfəri, o cümlədən Cəmil Həsənli izahatları alındıqdan sonra buraxılıb. 11 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması)əsasında saxlanılıb. Onlar İXM-nin 513.2 maddəsi ilə saxlanılıblar. Əli Kərimli isə həm 513.1, həm də 513.2-ci maddə (Maddə 513. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasının təşkilatçılığı) əsasında saxlanılıb

Saxlanılan şəxslər bu gün Səbail rayon Məhkəməsinə çıxarılacaq.

Dosye.org

 

COMMENTS