“Cənab nazir, Cəlilabad təhsilini Qərənfil Əhmədovaya qurban verən kimdir?”- ŞİKAYƏT

“Cənab nazir, Cəlilabad təhsilini Qərənfil Əhmədovaya qurban verən kimdir?”- ŞİKAYƏT

Cəlilabad təhsilində baş alıb gedən problemlər heç kimi maraqlandırmır.

Birmənalı şəkildə Cəlilabad RTŞ müdiri Qərəhfil Əhmədova rayonda sahibkar fəaliyyəti ilə məşğuldur. Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, təhsil şefi öz ampuliyasındadır və aylıq gəlirləri yığmaqda davam edir. Xatırladaq ki, bir müddət öncə Cəlilabad təhsili ilə bağlı geniş məlumatlar dərc etmişdik.

Nəzərinizə çatdırırıq ki, məsələ ilə əlaqədar Təhsil Nazirliyi və digər qurumlara konkret faktlar təqdim etsək də, Q. Əhmədovaya “gözün üstə qaşın var” deyən belə olmadı. Əksinə, təhsil şefinə daha da qazanc əldə etmək üçün şərait yaradıldı. Etiraf edək ki, belə bir məqsəd gələcəyimizi məhv etmək, gəncləri savadsız yetişdirməkdir. Təki, TŞ-nin müdiri Qərənfil Əhmədova və rayon rəhbərliyi şəxsi hesablarını artırsınlar.

Maraqlı məqam isə Təhsil Naziri Emin Əmrullayevin biganəliyidir. Ölkə başçısı cənab İlham Əliyev Təhsil naziri postuna E. Əmrullayevi təyin edəndə, ona işində məsüliyyətli olmağı, təhsil sahəsində rüşvət və korrupsiyanı aradan qaldırmağı tapşırmışdır. Əvəzində kürsünü ələ keçirən E. Əmrullayev “bazarkom” təhsil şefləri ilə çalışmağa başladı.

Hətta təhsil nazirliyində rüşvətin təməlini qoyan şəxslərə meydan verdi. Belə olan halda rayon və şəhər təhsil şöbələrində pul yığımı açıq şəkildə start götürdü. Bir faktı diqqətinizə çatdıraq ki, Cəlilabad RİH keçmiş başçısı, hazırda həbsdə olan Namik Zeynalov həbs olunduqdan sonra ibtidai istintaqa ifadə verənlərdən biri, daha dəqiq başçının üzünə duran şəxs Qərənfil Əhmədova oldu. Əldə etdiyimiz məlumatlara istinadən bildiririk ki, Q. Əhmədova ilkin ifadəsində N. Zeynalova nə qədər rüşvət verdiyini etiraf etmişdir.

Məlum məsələdir ki, icra başçısına verilən rüşvət orta məktəblərdə dərs deyən müəllimlərdən və valideyinlərdən toplanan vəsaitlər idi. Fürsətdən istifadə edib Təhsil Naziri E. Əmrullayevə sual ünvanlayırıq. Cənab nazir, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova ilə bağlı sizə olunan müraciətlər nə üçün baxımsız qaldı? Hazırda həbsdə olan icra başçısı N. Zeynalova verilən rüşvət hardan və necə toplanmışdır? Axı, təhsil sahəsi gəlir sahələrindən qat-qat uzağdır. Deməli, Q. Əhmədova orta məktəb direktorlarını aylığa qoyub və onlardan hər ay rüşvət tələb edir.

Çox istərdik ki, göstərilən fakt şəxsən sizin və hüquq mühafizə orqanları tərəfindən araşdırılsın. Əgər, iddialar təhsil nazirliyində digər vəzifəli şəxslərə həvalə olunacaqsa, Q. Əhmədova sudan quru çıxacaq. Qeyd olunan ciddi nöqsanların araşdırılmasına şərait yaradacağınız halda, gəlcəyimizə və dövlət başçısına sadiq olduğunuzu bir daha sübüt edəcəksiniz. Yox, əgər yuxarıda göstərdiyimiz sübütlar ört-basdır ediləcəksə, deməli, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovaya “krişalıq” edən bir başa Təhsil Naziri Emin Əmrullayevdir. Araşdırmalarımız davam edir…

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

Cənab nazir, sizin tapşırığınıza əsasən Qərənfil Əhmədova sement pulu  yığır?" » Qlobal.Az

 

COMMENTS