“Cənab Baş Prokuror, sizə müraciət etmək istəmirdim, amma…”- Elman Qənbərov

“Cənab Baş Prokuror, sizə müraciət etmək istəmirdim, amma…”- Elman Qənbərov

Dosye.org informasiya agentliyinin baş direktoru Elman Qənbərov tərəfindən Baş Prokuror cənab Kamran Əliyevə müraciət olundu. Müraciətin mətni ilə sizi tanış edirik:

Cənab Baş Prokuror!

Mənfur qonşularımız tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim mübarizəsi getdiyi hər birimizə məlumdur. Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında vuruşmaq olduqca qürurvericidir. Qismən səfərbərliyə qoşulan necə-necə igidlərimiz şanlı ordumuzun tərkibində düşmənə qarşı vuruşur, torpaqlarımızın erməni terrorçularından təmizlənilməsi üçün vətən qarşısında layiqincə xidmət edirlər. 30 ilə yaxındır ki, düşmən Ermənistan höküməti heç bir xəbərdarlığa məhəl qoymadan öz çirkin niyyətini həyata keçirir. Əlbətdə ki, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistan hökümətinə dəfələrlə xəbardarlıq etdi. Heç bir qan tökülmədən işğal altında torpaqları könüllü şəkildə boşaldılmasını tələb kimi irəli sürdü. Lakin düşmən ölkənin rəhbəri, siyasi arenada heç bir nüfüzü olmayan Nikol Paşinyan öz taleyini və xalqın müqəddaratını düzgün seçməməklə böyük yanlışlığa yol verdi. Təbii ki, cənab İlham Əliyev sülh yolu ilə Qarabağı və ətraf rayonları işğaldan azad edilməsi üçün bütün vasitələrdən istifadə etdi. Nəticədə düşmən ölkənin rəhbəri müharibə yoluna üstünlük verərək öz xalqını diz çökdürməyə çalışır. Azərbaycan ordusu isə bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərək işğalda olan torpaqlarımızın bir qismini azad edib, digər ərazilərin azad olunması üçün vuruşur. Digər tərəfdən vətəndaş olaraq hər birimiz Ali Baş Komandan cənab İlham Əliyevin tam səfərbərlik elan edəcəyini səbirsizliklə gözləyirik.

Cənab Paş Prokuror!

Hələ 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə səfərbərlik elan etdi. Xalqın mərd, qəhrəman övladları könüllü vətənin müdafiəsinə qalxdı. Həmən ildə mənin 17 yaşım tamam olmamışdı. Dəfələrlə Hərbi Komisarlığa müraciət etsəmdə, mən azyaşlı olduğum üçün geri qaytarılırdım. Döyüş əzmi ilə yaşayırdım, qisas almaq üçün çalışırdım. Çünki özümü səngərdə görürdüm. Nəhayət mərhum Heydər Əliyevin göstərişindən sonra mən könüllülər sirasına qoşuldum. Ağdamın Güllücə kəndi, Füzulinin Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak etdim. Düşmənə sarsıdıcı zərbələr vurduq.

Cənab Baş Prokuror!

Vətən müharibəsi başlandığı gündən KİV olaraq arxa cəbhədə düşmənə qarşı informasiya müharibəsində mübarizə aparırıq. Baş Prokurorluğun məlumatlarını mütəmmadı dərc edilir və cəmiyyətə təqdim edirik. Bizim məqsədimiz bir yumuruq kimi birləşmək və vətən müharibəsində qalib gəlməkdir. Dosye.org informasiya agentliyi olaraq bu istiqamətdə bütün vasitələrdən istifadə edirik. Allahın izni ilə tez bir zamanda Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında qələbə qazanıb ərazi bütövlüyümüzü qoruyacayıq.

Nəzərinizə çatdıraq ki, belə bir həssas məqamda dosye.org saytında tənqidi məqalələr dərhal dayandırıldı və bütün diqqətlər cəbhə xəbərlərinə yönəlib. Lakin Cəlilabad rayon prokurorluğu və polis idarəsi rayonda fəaliyyət göstərən sosial şəbəkə istifadəçilərini və müstəqil jurnalistləri prokurorluğa və polis idarəsinə dəvət edərək mənim əlehimə ifadə almağa çalışırlar. Səbəb isə Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova haqqında yayımlanan tənqidi məqalələrdir. Məlumat üçün bildirək ki, son günlər məlum məsələ ilə bağlı ölkə məmurlarını tənqid atəşinə tutmaq gündəlikdən çıxarılıb. Arzu etməzdik ki, cəmiyyətimizin diqqəti cəbhə bölgəsinə yönəldiyi bir zamanda, xoşagəlməz hadisələrlə qarşılaşaq. Yuxarıda qeyd etdiyimiz kimi, hamı bir yumuruq kimi birləşib bu mübarizədən qalib çıxmalıyıq. Və bundan sonra daxili məsələlərə zaman ayrılacaq.

Xahiş ediri ki, sizə etdiyimiz müraciəti şəxsi nəzarətinizə götürəsiniz.

Əvvəlcədən sizə təşəkkür edirik.

Hörmətlə, Dosye.org informasiya agentliyinin baş direktoru Elman Qənbərov.

COMMENTS