“Cənnəti də gördüm, Cəhənnəmi də…” – Qənirə Paşayeva

Qənirə Paşayeva, millət vəkili

 

Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, Cəhənnəmi də…

Həyatın qorxaqları sevmədiyini erkən gördüm və cəsarəti öyrəndim;

Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gör-düm və zəhməti öyrəndim;

Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan ol-mağı öyrəndim;

Xəyanətin ağrısını gördüm və sədaqəti öyrəndim;

Yaradanın sevdiyi bəndələrini imtahanlardan keçirdiyini gördüm və səbri öyrəndim;

Dostların böyük zənginlik olduğunu gördüm və dost ol-mağı öyrəndim;

Xətalardan ibrət almağın ən yaxşı dərs olduğunu gördüm və özümü öyrəndim;

Birini dünyada hər şeydən çox sevməyin yanlış olduğunu, itirəndə öyrəndim;

Dünyanın fani olduğunu gördüm və sevməyi öyrəndim;

Özümə söz verdim, nə olursa olsun həyatdan küsməyə-cəksən;

Nə əngəl olursa olsun geri çəkilməyəcəksən;

Xəyallarından, arzularından vaz keçməyəcəksən;

Yıxıldınmı, yenidən qalxacaqsan;

İtirdinmi, yenidən qazanmaq üçün yenidən başlayacaqsan;

Dedi-qodulara qulaqlarını qapayacaqsan;

Qeybəti dilinə haram buyuracaqsan….

Gecə-gündüz çalışacaqsan…

Həyatın qədrini biləcəksən…

Amma ən əsası insan olacaqsan…

O-na şükr etməyi öyrənəcəksən…

Hər kəsdən və hər şeydən daha çox O-nu sevəcəksən…

Bunları daha yaxşı ölüm qoxusunu hiss edəndə öyrəndim….

Ölmədən öncə ölməyin nə demək olduğunu öyrəndim…

Ölmədən öncə ölmək…

Əslində bundan başlamalıydım öyrənməyə….

Onu da öyrəndim…

COMMENTS