Cahangir Hacıyevə görüş icazəsi verilmir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev qohumları ilə görüşməyə icazə verilmir. Bu barədə Azadlıq Radiosuna C. Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasının saxlanma şəraitindən və ona olan davranışdan razı olsa da, ona yaxın qohumları ilə görüşmək hüququnun həyata keçirilməsinə icazə verilmir:

“Bu isə qanunsuzdu. Cahangir Hacıyevin yaxın qohumları onunla görüşmək istəsə də, saxlanıldığı təcridxanadan rədd cavabı alıblar. Hər şeyin qanun çərçivəsində həyata keçirilməsini xahiş edirəm”.

Dosye.org

COMMENTS