Əvvəlcədən qeyd etmək istəyirəm ki, mən rəssam deyiləm. Heç vaxt rəsm əsəri çəkməmişəm. Hər hansı rəsm əsəri haqqında fikir söyləməmişəm.
Ancaq, Leonardo da Vinçinin Mona Lizası haqqında olan yazıları diqqətlə oxumuşam. Bütün yazılarda Mono Lizanın “Təbəssümünün sirri” haqqında qeydlər edilir. Əsər hazır olan vaxtdan bu günkü günə qədər bütün dünyada hamı tərəfindən qəbul edilən ümumi fikir yoxdur.
Mən, bu yazıda bu vaxta qədər söylənilmiş fikirləri qeyd etmək fikrindən uzağam. Bu yazılarda Cakondanın rəsmi qəzetlərin birində verilmişdir. Öz-özümə fikirləşdim ki, görəsən rəsm əsərinin sirri nədədir ki, bütün dünyanın tədqiqatçıları bu sirri aça bilmirlər. Onlar arasında olan fikir ayrılığı hələ də qalmaqdadır. Əsərə diqqətlə baxdıqca bu vaxta qədər heç bir yerdə qeyd edilməyən yeni elmi məlumatlar mənə məlum olmağa başladı. Eyni zamanda əsər haqqında müxtəlif suallar meydana çıxdı və cavabını tapmağa çalışdım. Məsələn: nə üçün Cakondanın sağ tərəfi ilə gülür, sol tərəfindəsə üz-hözünü turşudub?
Suallar həddən artıq çoxdur və hamısını qeyd etmək mümkün deyildir. Bir neçə gün sualları özümdən uzaqlaşdırmağa çalışdım. Ancaq, mümkün olmadı. Eyni zamanda hissi etdim ki, əsər o qədər dərin mənalı və əhatəlidir ki, onun haqqında nəyi isə biləsən, qeyd etməyəsən və kimə isə bildirməməyin özü də günahdır. Əsəri dərk etmək üçün rəssamlıqla yanaşı bütün elm sahələrindən məlumatlı olmalısan. Fəlsəfəni və biologiyanı bilməlisən ki, əsəri dərk edə biləsən. Onu da qeyd etmək istəyirəm ki, əslində əsəri tam dərk etmək mümkün deyildir və heç vaxt da mümkün olmayacaqdır. Onun haqqında yalnız müəyyən fikirlər söyləmək mümkündür. Bu fikirlərin hansının doğru olub-olmadığını gələcəkdə elmi-tədqiqatlar göstərəcəkdir.
Xanım Cakondanın bir üzü gülür, bir üzü isə kədərlidir. Leonardo da Vinçi Mona Lizanı nə üçün belə təqdim edir? Bunun haqqında tədqiqatçıların müxtəlif fikirləri vardır. Mən onları təkrar etmək fikrində deyiləm. Dəqiq bilirəm ki, bunun fəlsəfi və bioloji mənası vardır. Bununla Leonardo da Vinçi bildirir ki, xeyirlə şər, sevinclə kədər qoşadır.
Cakondanın sol gözü kədərlidir. Nə üçün? Leonardo da Vinçi bununla irsi əlamətlərin ötürülməsini göstərmişdir. Yəni, Mona Lizanın anasının da sol gözü kədərli olmuşdur.
Bəzi tədqiqatçılar Cakondanı gözlərinin qüsurlu olduğunu bildirirlər. Məsələn, ingilis oftalmoloqu Klayv Mays Cakondanı anadangəlmə çəpgöz hesab edir. Mənim fikrimcə isə, bütün insanlarda olduğu kimi Cakondanın da bütün orqanlarında asimmetriya vardır. Leonardo da Vinçi asimmetriyanı təqdim etmək üçün deyil, dərin elmi məlumatları sirli şəkildə insanlara çatdırır. Belə fəlsəfi və elmi məlumatlar isə cansız və canlı aləm, canlı orqanizmlərin yaranması, insan orqanizminin yaranması, quruluşu və çoxalmasının nədən ibarət olmasından xəbər verir. Eyni zamanda, insanın həyatında baş verən hadisələr zamanı onun keçirdiyi hisslər təsvir edilmişdir.
Bəzi tədqiqatçılar Cakondanın cağ qısa və xəstə olmasını bildirirlər. Mən onları təkrar etmək istəmirəm. Fikrimcə, Cakonda solaxaydır. Eyni zamanda, sol qol daha güclüdür. Sağ qol sol qolun üstündədir. Burada dərin düşüncə tələb edən sual meydana çıxır. Nə üçün portretdə Cakonda solaxay təqdim edilmişdir? Sualın cavabını tədqiqatçılar öz yazılarında müxtəlif cür izah etmişlər. Mən isə yalnız öz düşüncələrimi qeyd edəcəyəm. Əvvəla, eşitdiyimə görə, solaxay insanlar Allaha yaxın insanlar hesab olunur. İkincisi, insanın sağ və ya solaxay olması baş beynin və mərkəzi sinir sisteminin quruluşu, inkişafı ilə əlaqədar olan məsələdir. Üçüncüsü, öz müşahidələrimdən bilirəm ki, solaxay kişilərin sayı solaxay qadınların sayından çoxdur. Dördüncüsü, solaxay insanların xasiyyət və qabiliyyətləri, sağ insanlardan fərqlənir. Başqa maraqlı xüsusiyyətlər də vardır ki, onları izah etmək fikrindən uzağam.
Leonardo bu əsərində Tanrının mütləqliyini, insanın müxtəlifliyini, bütün canlı orqanizmlərin vahid mənşəli olmasını təsvir etmişdir.
Bəzi tədqiqatçı həkimlər öz yazılarında qeyd etmişlər ki, Mona Lizanın bədənində və başında tüklər qismən tökülmüşdür. Göz qapağında və bədənin müəyyən hissələrində düyünlər və qırışlar əmələ gəlmişdir. Tədqiqatçılar bunları düzgün qidalanmamaqla əlaqələndirirlər. Fikrimcə, bu belə deyildir. Düzgün olanı izah etməyə çalışacağam. Məlumdur ki, insan orqanizmi hüceyrəsi quruluşludur. Hüceyrələr bölünmə yolu ilə çoxalır. Deməli, insan orqanizmində həm qoca, həm də cavan hüceyrələr vardır. İnsan həyata göz açdığı gündən onun bədənində həm cavanlıq, həm də qocalıq əlamətləri olur. Böyük rəssam çox böyük üstalıqla, hər adamın görə bilmədiyi əlamətləri təsvir etmişdir. Qocalıq və cavanlığın ayrılmaz olduğu, nisbi məna daşıdığını insanlara hiss etdirilir. O, hüceyrə ölümünü, ölümə gedən mütləq yolun başlanğıcını, bu yoldan hamının keçəcəyini, müvəqqəti dünya, əbədi dünya anlayışının şəklini çox böyük ustalıqla çəkə bilmişdir.
Leonardo da Vinçi portreti çəkən zaman kədərli və dərdli olmuşdur. Bəzi tədqiqatçıların fikrincə, rəssam guya özünü çəkmişdi. Mən hamının fikrinə hörmətlə yanaşaraq bildirmək istəyirəm ki, dahi rəssam əhvalını, insanlıq və həyat haqqında gəldiyi qənaətləri mütləq reallıqla təsvir etmişdir. Bütün elm sahələrini, daha çox biologiyanı, riyaziyyatı, fəlsəfəni dərindən bildiyini sübut etmişdir.
Portretdə Mona Liza qucağında körpə uşaq tutmuşdur. Bunun haqqında da tədqiqatçıların müxtəlif fikir və mülahizələri vardır. Ancaq heç birisi həqiqəti əks etdirmir. Mənim fikrimcə isə Mona Liza eyni zamanda hamilədir. Bu fikirlərin izahı ayrıca mövzudur və xeyli vaxt aparardı. Bilirəm ki, qeyd etdiklərim müzakirələrə səbəb ola bilər. Gələcəkdə tədqiqatçılar bu fikirlərin doğru olub-olmadığını sübut edəcəklər. Mənim üçün isə tamamilə aydındır ki, lakin qeyd etmədiyim, insana aid olan bir sıra xüsusiyyətlər portretdə heç kimin heç vaxt hiss edə bilməyəcəyi şəkildə təsvir edilmişdir. Onları elmi cəhətdən izah etmək, əsaslandırmaq mənim üçün xeyli vaxt tələb edir.
Nəhayət, Mono Lizanın “sirli təbəssümü” o qədər dərin mənalı və ədalətlidir ki, onun haqqında fikir söyləmək belə çətindir. Təsadüfi deyildir ki, elmin yüksək inkişaf etdiyi müasir dövrdə bütün dünyada “sirli təbəssüm” haqqında hamı tərəfindən qəbul edilən bütün məlumatlara rast gəlmək mümkün deyildir. Bunun haqqında düzgün məlumat vermək, fikir söyləmək üçün güclü hiss etmə qabiliyyəti, günütika elmi, maddələrin quruluşu və çevrilməsi haqqında dərin elmi biliklərin olması tələb olunur. Eyni zamanda maddi aləmin varlığı və nisbiliyini dərk edənlər müəyyən qədər fikir söyləyə bilərlər.
Əslində “sirli təbəssüm”, “nisbi təbəssüm” adlanması daha doğru olardı. Ona görə ki, “sirli təbəssüm” daxilində heç kimin dərk edə bilmədiyi və bilməyəcəyi məlumatlar toplanmışdır. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, bu məlumatların hamısı mənə gün kimi aydındır. Onlardan bir-neçəsini qeyd etməyə çalışacağam. Diqqətlə fikir versək və müşahidə aparsaq, aydın olar ki, Mono Lizanın “sirli təbəssüm” qadınlardan daha çox kişilərə xas olan xüsusiyyətdir. Və belə təbəssüm daxilində sevinc, kədər, kinayə kimi əlamətlər toplanır. Mono Lizada ilahi bir qadın gözəlliyi vardır. Bu gözəllik nə qədər güclüdürsə, kişilərə məxsus olan əlamətlər də o qədər güclü təqdim edilmişdir. Lakin kişilərə məxsus olan əlamətlər o qədər gizli təsvir edilmişdir ki, onları hiss etmək mümkün deyildir. Diqqətlə fikir versək bizə aydın olar ki, insana xas olan bütün əlamətlər qoşa təsvir edilmişdir. Məsələ burasındadır ki, hər bir qoşa əlamətin oxşar və fərqli xüsusiyyətləri çoxlu sayda təqdim edilmişdir. Deməli, bu gün həyatda bizə mütləq kimi görünən bütün əlamət və hadisələrin nisbi olduğu Leonardo da Vinçiyə 500 il əvvəl məlum idi. Canlı orqanizmlərin yaranması, inkişafı, mənşəyi haqqında olan məlumatlar Mono Lizanın ilahi simasında çox böyük dahiliklə təqdim edilmişdir.
Məlumdur ki, Leonardo da Vinçiyə portreti çəkməyi Florensiyalı varlı tacir sifariş etmişdir. Əsər hazır olanda əsər tacirin xoşuna gəlməmişdi. Ona görə də o əsəri almamışdır. Bunun haqqında da tədqiqatçılar müxtəlif fikir və mülahizələr qeyd edirlər. Fikrimcə, varlı tacir portretdə Mono Lizanın ilahi, gözəlliyini və əsərin fəlsəfi, elmi mahiyyətini dərk edə bilməzdi. Bu səbəbdən tacir əsərdən imtina etmişdir.
Mənə məlumdur ki, kainatda, həyatda mövcud olan nə varsa hamısı dairəvi və elleps formasındadır. Bu gün bizə üçbucaq, düzbucaqlı kimi görünən bütün cisimlərin başlanğıcı dairəvi formada olmuşdur. Dairəvi forma nə vaxtsa elleps formasına keçir.
Planetlərin günəş ətrafında hərəkəti, hüceyrənin bölünmə vaxtı aldığı forma və başqaları buna misal ola bilər. Deməli, bizdən arxada görünən cisimlər, bizdən arxada ola bilər. Bunları və bundan daha mürəkkəb hadisələri hamı dərk edə bilməz. Bunları Leonardo da Vinçi ilk dəfə dərk etmiş və özünün dahi əsərini yaratmışdır.
Məlumdur ki, müəllif əsərin üzərində 16 il işləmişdir. Əsər tamamlanmamışdır. Nə üçün? Fikrimcə, Leonardo da Vinçiəsəri bilərəkdən tamamlamamışdır. Ona görə ki, kainatda nə varsa hamısını Allah yaratmışdır.insan şüur verilmişdir ki, elm öyrənsin. Elm öyrənməyin sonu yoxdur. Məhz buna görə də Leonardo da Vinçinin Mono Liza əsəri insanları elm öyrənməyə, axtarişda olmağa və insanlığa səsləyir.
Bir daha qeyd etmək istəyirəm ki, bu əsər haqqında qeyd etdiklərim mənə məlum olanların kiçik bir hissəsidir. Bilirəm ki, nə vaxtsa bütün bunlar tədqiqatçılar arasında ciddi müzakirələrə səbəb olacaqdır. Yazdıqlarımın nə qədər doğru olub-olmadığını gələcəkdə elmi araşdırmalar sübut edəcəkdir. Qeyd etdiklərimə etmədiklərimə öz münasibətini bildirənlərin hamısına öz minnətdarlığımı bildirirəm.
Imza: İbrahimov Tahə Lətif oğlu
Ağsu rayonu İlxıçı kəndi
COMMENTS