“Bizim istedadlar” sərgisinin təşkili bu ilin may ayından , Azərbaycan Respublikasının prezidenti yanında Genclər Fondunun dəstəyi ilə keçirilməyə başlayıb, fərdi layihənin rəhbəri Emin Pənahovdur.
E.Pənahovun sözlərinə görə , layihənin məqsədi sosial problemli aztəminatlı ailələrdən olan , yaxud da müxtəlif səbəblərdən təhsildən kənarda qalan , yeniyetmə və gənclər arasında həyat bacarıqlarının inkşaf etdirilməsi yolu ile , onların cəmiyyətə inteqrasiyasını təmin erməkdir.
Bugün CASPİAN BUSİNESS CENTER’də baş tutan sərgiyə giriş sərbəst idi. Sərgidə uşaq və yeniyetmələrin hazırladıqları əl işləri nümayiş erdirilib. Gələn qonaqlar əl işlərinə tamaşa edib və çox bəyəndiklərini söyləyiblər.
Sərgi CASPİAN BUSİNESS CENTER’in 2 ci mərtəbəsində , saat 14:00 dan 16:00 a kimi davam edib.




COMMENTS