Cavid Hüseynov: “3 xal çox vacibdir“

Cavid Hüseynov: “3 xal çox vacibdir“

“Həmişə olduğu kimi “Xəzər Lənkəran”la oyunda da meydana qalib gəlmək üçün çıxacağıq.

 

Qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirə, daha da yaxşılaşdıra bilərik. Bütün matçlar kimi bu qarşılaşmaya da hazırlıq öz qaydasında gedir. Verilən tapşırıqlar üzərində çalışırıq. 3 xal çox vacibdir. Qarşıda fasilənin yaranıb-yaranmasından asılı olmayaraq bizim üçün ən əsası, ən vacib olanı qələbədir. Hər oyuna da bunun üçün çıxırıq”

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Xəzər Lənkəran”la oyun öncəsi klubun saytına deyib.

O, “Xəzər Lənkəran”ın bu mövsüm keçirdiyi matçları izlədiyini bildirib:

“Futbolda bəzən elə olur ki, yaxşı oynayırsan, amma qalib gələ bilmirsən. “Xəzər Lənkəran” da məhz bu halla üzləşib. Hər qarşılaşma yaxşı oynayırlar. Amma qol vura bilmirlər. Mənə elə gəlir ki, qarşıdakı matçda oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq. İmkanlardan daha tez kim istifadə etsə, ilk qolu kim vursa, o da qalib gələcək”.

COMMENTS