Cavid Hüseynovun işindən təzə xəbər

Cavid Hüseynovun işindən təzə xəbər

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı saxlanılan şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.  

Təqsirləndirilən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar. 

Qeyd edək ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada ölüb. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. 

Həsb edilən 6 nəfər arasında “Qəbələ”nin futbolçusu Cavid Hüseynov da var.

COMMENTS