Çavuşoğlu: “Azərbaycanın Xarici İşlər naziri olacam”

Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin yeni Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Siz Azərbaycanı, Azərbaycan da sizi yaxşı tanıyır. Nazir kimi Azərbaycana hansı mesajı vermək istərdiniz?” – sualına M. Çavuşoğlu belə cavab verib: “Azərbaycan əmin olsun ki, mən həm də onun Xarici İşlər naziri kimi çalışacağam. Bütün məsələlərdə səylərimizi və qüvvələrimizi birləşdirəcəyik”.

“Qarşıdan 2015-ci il gəlir. Ermənilər Türkiyəyə qarşı “soyqırım” təzyiqini gücləndirəcəklər. Bununla bağlı hansı işləri görəcəksiniz?” – sualını isə yeni nazir Azərbaycan ləhcəsiylə “qondarma “erməni soyqırımı”na qarşı qardaş Azərbaycanla birgə mübarizə aparacağıq” – sözləriylə cavablandırıb.

COMMENTS