Çavuşoğlu: Can Azərbaycanın dəstəyi bizə güc verir

Çavuşoğlu: Can Azərbaycanın dəstəyi bizə güc verir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun paylaşımına reaksiya verib.

M.Çavuşoğlu qardaş ölkədə baş verən yanğında Azərbaycanın verdiyi dəstəyi qiymətləndirib.

“Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”, – deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri C.Bayramov sosial şəbəkə hesabında Türkiyədə baş verən yanğınla bağlı paylaşım etmişdi.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, – deyə paylaşımda deyilir.

COMMENTS