Çavuşoğlunu təəccübləndirən Lavrov sürprizi

Çavuşoğlunu təəccübləndirən Lavrov sürprizi

Türkiyənin Respublika Günü münasibətilə Cenevrə şəhərində keçirilən rəsmi qəbula Rusiya Xarici işlər naziri Sergey Lavrovun qatılması türkiyəli həmkarı Mövlud Çavuşoğlunu təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu Lavrova təşəkkür edərək onun mərasimə qatılmasının xoş sürpriz olduğunu söyləyib.

“Mənə bir neçə dəqiqə öncə zəng edən Rusiya xarici işlər naziri Lavrov harada olduğumu soruşdu, mən də rəsmi qəbula getdiyimi dedim. Əvvəlcə təbrik elədi, sonra özünün də bu tədbirə gələcəyini söylədi. Çox böyük sürprizdir. Sergey, bizimlə birlikdə olduğuna görə təşəkkür edirik”, – deyə Çavuşoğlu bildirib.

DOSYE.ORG

COMMENTS