Çay kənarında “Kalaşnikov” tapıldı

Çay kənarında “Kalaşnikov” tapıldı

Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DOSYE.ORG-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

COMMENTS