Top.Mail.Ru

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 40-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-110 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, iyulun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 26 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 kub/s olmaqla, ongünlük normaya yaxın olub.

İyulun 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 29 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 33 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 138 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

İyulun 26-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 38 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 54 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 35 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 26-da isə 325 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 41 sm qeydə alınıb. 2018-ci il iyulun 26-da isə bu rəqəm 171 sm təşkil edib. Salyanda suyun səviyyəsi 6 sm artıb və 81 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 85 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyərək 159 sm olub və bu göstərici 2018-ci il iyulun 26-da 172 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 17 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyulun 26-da isə 39 sm təşkil edib.

DOSYE.ORG

COMMENTS