Rusiyanın cazibədar müğənnisi İrina Dubtsova ilk dəfə Bakıya gələcək.
Axşam.az-ın məlumatına görə, ifaçı “10 let na urovne serdtsa” (“Ürək səviyyəsində 10 il”) adlı konsert proqramı ilə çıxış edəcək.
Yanvarın 30-da baş tutacaq gecə Heydər Əliyev Sarayında keçiriləcək. Müğənni yubiley turu çərçivəsində ilk dəfə Bakının qonağı olacaq.
Konsert üçün biletləri 20-100 manata əldə etmək mümkündür.
COMMENTS