Çeçenlər Donetskdə darmadağın edildi – Fotolar

Çeçenlər Donetskdə darmadağın edildi – Fotolar

Ukrayna ordusu Donetsk vilayətində çeçenlərdən ibarət hərbi birləşmələri məhv edib.

DOSYE.ORG Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Cənub Hərbi Dairəsinin 58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının 1-ci alay taktiki qrupunun hərbçiləri öldürülüb. Bu bölmənin daimi dislokasiya yeri Çeçenistan Respublikasının Şali rayonunda yerləşir.

Qeyd olunub ki, alay taktiki qrupunun komandiri qərargah rəisi ilə birlikdə PDM-3-də məhv edilib.

Komandanlıq bildirib ki, məhv edilən bölmənin tərkibində Suriyada mülki insanların qətlində iştirak etmiş hərbçilər də olub.

Ukrayna hərbçiləri bölmənin darmadağın olduğu yerdən görüntülər də paylaşıb.

DOSYE.ORG

COMMENTS