Məşhur ticarət mərkəzində oğlan sevgilisini döydü


Məşhur ticarət mərkəzində oğlan sevgilisini döydü

Font ölçüsü

Hadisə Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall”da qeydə alınıb.

Orxan adlı şəxs 1999-cu il təvəllüdlü Aysel Duniyevanı döyüb.

Zərərçəkən qız ərazi üzrə Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edib. İlkin izahatı zamanı Aysel, Orxanı sevdiyini, münaqişənində elə qısqanclıq üstündə baş veriyini bildirib. Sevgilisinin sözünə qulaq asmayan qız ondan icazəsiz ticarət mərkəzinə gəlib. Qızın “Gənclik Mall”da olması xəbərini Orxana çatdırıblar. Təcili ticarət mərkəzinə gələn Orxan əsəblərini cilovlaya bilməyib və sevgilisini döyüb.

Faktla bağlı 18-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, hər iki şəxs dindirilib.(ölkə.az)

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.