Kainatın içində insan, insanın içində isə, Kainat var... - "Həyatınızı dəyişəcək - 2019"


Kainatın içində insan, insanın içində isə, Kainat var... - "Həyatınızı dəyişəcək - 2019"

Font ölçüsü

Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubun yeni kitabı artıq nəşr olunub.

“HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır.
kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik.

(Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/254344.html?fbclid=IwAR1-P-xmgSe5LKVqbrygo7yqsJhEZsSLG8fyqHAdoH29qQQ51rJ-v50C9J4 )


Ey sülhpərvər xalq! Kainat boyunca qaçsanız da, göylərin ənginlliklərini dolaşsanız belə, Yaradanın qanunlarına baş əyməyincə rahatlıq tapa bilməzsiniz!
Ey sülhpərvər xalq! Dünyanı bütöv bir kənd halına gətirin ki, Yaradan Əzəmətinin sirlərini sizə açsın və əbədiyyət nuru ilə sizi işıqlandırsın!
Fikirləş və düşün: boş-boşuna yatağınızdamı ölmək istəyirsiniz, ya elmlənib sirləri tapıb, bəşəriyyətə fayda vermək?!

Ey ağıl sahibləri! Özünüzü tamahın qulu etməyin. Çünki, Yaradan qızılı atəşlə, bəndələri isə, qızılla sınayar!
Ey sülhpərvər xalq! Malınızdan elmə və yoxsullara xərcləyin ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsiniz.
Ey insanlar! Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın!
Dəyişikliklərə təhlükə kimi yox, yeni imkanlar kimi baxın.
Yoxsulluq və kasıblıq ən əzablı edamdır...
Elm alimlərdən bizə qalan əziz bir mirasdır.
Gülərüzlülük və xoşxasiyətlilik ikibaşlı olar.
Sülh və bağışlamaq böyüklük əlamətidir.
Eqoistin düşməni çox olar.

Səxavətlilik xeyirli və ürəkaçan bir dərmandır.
İnsanlarla elə qaynayıb qarışın, elə rəftar edin ki, onlar heç zaman sizi unutmasınlar.
Bədbəxt olmuş insanı tənqid etmək onu intihara sövq etməyə bərabərdir.
Qorxu bədxah qonşudur.
Utancaqlıq ümidsizliyin qardaşıdır.
Yalan danışan adamın ya dili çaşar, ya da üzü.
Məsləhət və məşvərət olmasa dünya məhv olar.
Əgər bir şeyi bilmirsinizsə, qəti olaraq “bilmirəm” deyin; bu sizə ən doğru olandır.
Ağıldan və səbrdən faydalı heç bir sərvət yoxdur.
Xoş əməli boş ibadət əvəz edə bilməz.
Fürsəti əldən vermək qorxuya təslim olmaqdır.
Səhlənkarlıq və tənbəllik ən böyük bəlalardandır.
Öyrənmək eşqi hər bir avamın cihadıdır.

Ruzinin artmasını istəyirsənsə, yaxşı əməl et və tənbəllikdən əlini üz.
Qəm kədər içində olan gənc artıq qocalmışdır.
Var - dövlətin az qismini bölüşməklə amanda saxlayın.
Xoş əməlsiz ibadət düzgün deyildir. Çünki, Yaradan gözəl sözləri eşidir, gözəl əməlləri isə, qəbul edir!
Kainatda hər şey biri-birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, Kainat var.
Ey insanlar, öz azuqə və ruzinizdən artıq qazandığınız şeylərdə başqası üçün xilaskarsınız.
Elm və bilik tükənməz xəzinədir.
Güzəştə getmək zəfər və qələbənin balaca qardaşıdır.

Çətinliklərə göz yumun və yan keçin, yoxsa heç vaxt şad olmarsınız.
Haqqımızı yeyənlərə zülm etmək bizim üçün ən böyük sərvətdir.
Cəncəlli işlərə göz yumun.
Ədalət və insaf qızıl ortanı tutmaqdır.
Xəsis qadın, xəsis kişidən daha üstündür.
Xəbərçinin dostu olmaz.
Borcunuz varsa, dərdiniz var.
Acıdillilik dəliliyin bir növüdür.

Elm axtaran insan heç vaxt doymaz

Ən təhlükəli yer ən böyük vəzifədə olanın yeridir.
Ən yaxşı görmək ağılla olur.
Namuslu şəxs zinaya nifrət edər.
Yaradan vasitələrlə hər şeyə qadirdir. Çalışın siz də Onun bir vasitəçisi olasız.
İnsanı tanımaq istəyirsənsə ona vəzifə ver.
Elm axtaran insan heç vaxt doymaz.

Qeybət etmək və arxasınca danışmaq insanı rahatlaşdırsa da, sonradan onu kiçildər.
Yaradana qovuşmağı öz yeganə istəyinə çevir. O səbəbdən ki, yeganə, ölməz və əbədi olan Odur.
Davamlı elmlənən və daima elmi axtarışda olan insan mələkdən üstündür.

Əgər xilas baradə bu gün düşünmürsünüzsə, bəs nə vaxt düşünəcəksiniz? Bu zəncirləri bu gün qırmayacaqsınızsa bəs nə vaxt qıracaqsınız?

Xırda işlərdə ciddilik böyük işlərdə mükəmməllik yaradar.
Qorxu yolu ilə kamilləşmə, özünə daxili intizam yarat; qoy o sənin öz konstitutsiyan olsun. Əks halda (qorxu yolu ilə kamilləşsən), kamillik cahilliyə dönər.

Dosye.org

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.