Çempionlar Liqası: 1/4 final mərhələsi başlayır – YENİLƏNİR

Çempionlar Liqası: 1/4 final mərhələsi başlayır – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İspaniyanın “Atletiko” (Madrid) klubu İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Portuqaliya “Benfika”sı isə İngiltərə “Liverpul”unu qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. “Mançester Siti” (İngiltərə) – “Atletiko Madrid” (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. “Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.

COMMENTS