Çempionlar Liqası: Bu gün daha iki 1/4 finalçı bəlli olacaq

Çempionlar Liqası: Bu gün daha iki 1/4 finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, beləliklə 1/4 finalın növbəti iştirakçıları bəlli olacaq.

İngiltərədə “Mançester Yunayted” və İspaniyanın “Atletiko” (Madrid) komandaları üz-üzə gələcək. “Old Trafford” stadionundakı matçı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək. Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Gecənin digər matçında isə Niderland “Ayaks”ı Portuqaliya “Benfika”sını qəbul edəcək. “Yohan Kroyf Arena”da oynanılacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro olacaq. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları
15 mart

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya)
Baş hakim: Slavko Vinçiç
İlk oyun – 1:1

00:00. “Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya)
Baş hakim: Karlos del Serro
İlk oyun – 2:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real Madrid” və Almaniyanın “Bavariya” klubları 1/4 finala vəsiqə əldə edib.

COMMENTS