Çempionlar Liqası: Emreli 2 qol vurduğu “Budyo Qlimt”lə qarşılaşır

Çempionlar Liqası: Emreli 2 qol vurduğu “Budyo Qlimt”lə qarşılaşır

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo Zaqreb” komandası Norveçdə “Budyo Qlimt”in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçu baş məşqçisi şans verəcəyi halda, bu oyunda meydana çıxacaq. Emreli ötən il Polşa “Legiya”sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya “Reyncers”i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. “Budyo Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:00. “Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə)

23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland)

COMMENTS