Top.Mail.Ru

Çempionlar Liqasının hakimi fahişəxanaya basqın zamanı saxlanıldı

Çempionlar Liqasının hakimi fahişəxanaya basqın zamanı saxlanıldı

Sloveniyadan olan FİFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovinada polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Qol.az “24Slata” istinadən xəbər verir ki, 41 yaşlı referi 9 qadın və 26 kişi ilə birlikdə fahişəxanaya basqın zamanı saxlanılıb. Saxlanılanlar eyni zamanda narkotikdən istifadə və silah saxlamaqda ittiham olunub. Vinçiçin dindirildikdən sonra sərbəst buraxıldığı bildirilib.

Bosniya polisinin basqın fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi  tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.

Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.

DOSYE.ORG

COMMENTS