“Çempionluğa qədər çətin yol keçdik” – Leroy Corc

“Çempionluğa qədər çətin yol keçdik” – Leroy Corc

“Çempion olduğumuz üçün çox xoşbəxtəm. Komandamın qələbə qolunu vurmağım mənə əlavə ruh yüksəkliyi verdi. Hazırkı hisslərimi təsəvvür etmək qeyri mümkündür”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Leroy Corc Premyer Liqanın 34-cü turunda “Sumqayıt”a qalib gələrək çempionluqlarını rəsmiləşdirdikləri oyun haqda danışarkən deyib.

Hollandiyalı futbolçu çempionluğa qədər çətin yol keçdiklərini bildirib: “Bütün azarkeşlərimizi təbrik edirəm. Çempion olana qədər çox çətin bir yol keçdik. Sevindirici haldır ki, sonda qələbə bizim oldu. Artıq bütün diqqətimizi kuboka yönəldəcəyik. İnanıram ki, kubokun finalında da uğur bizim tərəfimizdə olacaq”.

Qeyd edək ki, Leroy Corc “Qarabağ”ın çempionluğunu rəsmiləşdiyi “Sumqayıt”la oyunda komandasının qələbə qolunu vurub.

COMMENTS