Çerçesov: “Qarabağ” bizdən yaxşı oynadı, mərhələni keçdi”

Çerçesov: “Qarabağ” bizdən yaxşı oynadı, mərhələni keçdi”

“Ferentsvaroş”un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq (1:1, 1:3) mübarizəni dayandırmaları barədə danışıb. 

Qol.az xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinin onun komandasından daha yaxşı oyun nümayiş etdirdiyini deyib:

“Qarabağ” çox güclü komandadır, 8 ildir avrokubokların qrup mərhələsində mübarizə aparır. “Qarabağ”ın ötən mövsüm Konfrans Liqasında pley-offa çıxması, bu il isə “Sürix”ə qalib gəlməsi təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir. Ev oyununa yaxşı başlamamışdıq. Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. “Qarabağ”  əks-hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran futbolçusu (İbrahima Vadji – red.) Fransa klubuna keçdi. Düzdür, həmin oyunda 2 aparıcı mərkəz müdafiəçimiz iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı, səhvlərimizdən istifadə etdi, mərhələni keçdi”.

COMMENTS