Çerniqovda ruslar itki verərək əsir düşüb – Ukrayna Baş Qərargahı

Çerniqovda ruslar itki verərək əsir düşüb – Ukrayna Baş Qərargahı

“Ukraynanın müdafiə qüvvələri bütün istiqamətlərdə Rusiya silahlı qüvvələrinin hücumunu dəf edir və dayandırır. Son 6 saat ərzində qoşunlarımızın və düşmən qoşunlarının mövqeyində ciddi dəyişiklik olmayıb. Düşmənin hərəkətlərinə gəlincə, müvəqqəti olaraq işğal olunmuş ərazilərdə aqressiv rus təbliğatı fəal işləməyə başlayır. İşğalçılar rusiyayönlü mesajlar yaymaqla yerli əhali ilə razılığa gəlməyə çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər 06:00-a olan əməliyyat məlumatında bildirilib.

Məlumatda qeyd edilib: “Xerson vilayətində düşmən müvəqqəti işğal olunmuş yaşayış məntəqələrində “asayişi qorumaq” üçün komendaturalar sistemi yaratmaqla inzibati-polis rejimi yaratmağa çalışır.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Çerniqov vilayətində davam edən toqquşmalar zamanı işğalçılar xeyli itki verməkdə davam edib. Nəticədə bu ərazidəki işğalçı qüvvələrin şəxsi heyəti ruhdan düşüb və əsir götürülür”.

Baş Qərargah bəyan edib ki, Rusiya tərəfi bəzi yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq, mülki şəxsləri qarət edir, girov götürür.

“Rusiya Silahlı Qüvvələrinin hissələrinin və qeyri-qanuni yaradılmış digər terrorçu silahlı birləşmələrin təcili surətdə doldurulması zərurətində Rostov vilayətində, islah koloniyalarında əfv müqabilində işğalçı qüvvələrə qoşulmaq təklifi ilə məhbuslar arasında iş davam etdirilir. Hər kəs Rusiya Federasiyasının silahlı qüvvələrinə qoşulmağa hazırdır, hətta hərbi xidmət təcrübəsi olmayanlar da”, – məlumatda qeyd edilir.

DOSYE.ORG

COMMENTS