Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb.
Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Yanğının söndürülmə işləri davam etdirilir.
Dosye.org
COMMENTS