Top.Mail.Ru

Ceyranbatanda yenə yanğın başlayıb

Ceyranbatanda yenə yanğın başlayıb

Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yenidən yanğın başlayıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb edilib, yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, sözügedən ərazidə ötən gün də yanğın baş vermiş və alovun qarşısı axşamçağı saat 16:49-da alınmışdı.

DOSYE.ORG

COMMENTS